Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəbhə Xəbərləri / “Mingəçevirə dörd “Toçka” tipli raket buraxılıb” – RƏSMİ

“Mingəçevirə dörd “Toçka” tipli raket buraxılıb” – RƏSMİ

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Mingəçevirə endirilən raket zərbələri haqqında məlumat paylaşıb.

Bu barədə H.Hacıyev “Twitter” hesabında yazıb.

“Azərbaycanın Mingəçevir sənaye şəhərinə Ermənistan tərəfindən dörd ədəd “Toçka” qısamənzilli ballistik raket buraxılıb. İnfrastruktura ciddi ziyan dəyməyib.

Ancaq mülki əhali arasında yaralılar var. Ermənistanın dövlət terroru və ekoloji terroru davam edir. Mingəçevir, həmçinin, böyük su rezervuarıdır”, – deyə Hikmət Hacıyev qeyd edib.

UPDATE: 4 TOCHKA Short Range Theatre Ballastic Missile to Mingachevir industrial city of Azerbaijan launched by Armenia. No serious damage to infrastructure. But civilians wounded. Armenia’s state terror&environmental terror continues. Mingachevir is also big water reservoir.

— Hikmet Hajiyev (@HikmetHajiyev) October 4, 2020

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …