Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənistanla sərhəddə atşıma – ölən və yaralanan var

Ermənistanla sərhəddə atşıma – ölən və yaralanan var

Sərhəddə atışma nəticəsində Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbi qulluqçusu Armen Çaxmaxçyan yaralanıb.
“Sputnik Ermənistan”ın bu məlumatını Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan təsdiqləyib.
Hadisənin oktyabrın 4-də Ermənistanın Tavuş vilayətinin Koti kəndi yaxınlığındakı sərhəd zonasında baş verdiyi məlum olub. Yaralı tibb mərkəzinə aparılıb, həyatı təhlükədədir.
Kəndin rəhbəri Feliks Melikyanın sözlərinə görə, əsgər çiynindən yaralanıb. Onu Mərkəzi Klinik Xəstəxanaya köçürüblər.
Ovhannisyan, son günlərdə Ermənistan silahlı qüvvələrinin bir hərbçisinin öldüyü və daha 3-ünün yaralandığı barədə sosial şəbəkələrdə daha əvvəl yayılan xəbəri də təsdiqləyib.(Virtualaz.org)

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …