Cümə , Aprel 26 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənilər yenə Kəlbəcəri atəşə tutub

Ermənilər yenə Kəlbəcəri atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 4-ü saat 14:50-də Basarkeçər rayonunun Əzizli kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …