Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənilər Lavrovun bəyanatından sonra Ağdamda təlimlərə başladı…- FOTOLAR

Ermənilər Lavrovun bəyanatından sonra Ağdamda təlimlərə başladı…- FOTOLAR

Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “müdafiə ordusu” adı altında hüquqi-tarixi ərazilərimizdə dislokasiya olunmuş erməni işğalçı qüvvələri növbəti hərbi təlim keçiriblər.

Moderator.az xəbər verir ki, Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə,  təlimlər dünən –aprelin 22-də qanunsuz “müdafiə ordusu”nun komandanı general-mayor Calal Arutyunyanın rəhbərliyi ilə işğal altındakı Ağdam rayonunun Şahbulaq və Uzundərə ərazisindəki “Tiqranakert” adlandırılmış hərbi poliqonda keçirilib. 
Ağır silah və zirehli texnikanın da qatıldığı  təlimlərdə düşmən hərbçiləri həm müdafiə,  həm də hücum tapşırıqlarını icra ediblər.

Xatırladaq ki, XİN başçılarının sonuncu video-görüşü və Rusiya XİN başçısı S.Lavrovun guya Azərbaycanın xeyrinə olan bəyanatından sonra işğalçılar Ağdamı və digər Dağlıq Qarabağ ətrafı rayonlarımızı “təhlükəsizlik zonası” elan ediblər…P.S. Əşşi, boş şeydi, qələt edirlər, biz hələ Lavrovun diktəsi ilə növbəti virtual(!) danışıqlara hazırlaşaq…

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …