Cümə , Aprel 26 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Erməni kəşfiyyatçı: “Orduda kəskin dəyişikliklər etməyə ehtiyac var”

Erməni kəşfiyyatçı: “Orduda kəskin dəyişikliklər etməyə ehtiyac var”

“Fəallıq mövsümü başa çatmaq üzrədir. İndi hər iki tərəf – həm azərbaycanlılar, həm də bizimkilər komandirlərinə gördükləri iş barədə məruzə etməyə çalışırlar”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu keçmiş erməni kəşfiyyatçı Vova Vardanov söyləyib.

Vardanovun sözlərinə görə, erməni tərəfi sərhəddə fəal əməliyyatlar həyata keçirmir, əvəzində daimi fasiləsiz müşahidə aparılır.

Aprel hadisələrini araşdıran parlament komissiyasının fəaliyyətinə toxunarkən Vardanov qeyd edib ki, komissiyanın obyektiv olmasına və prosesi siyasiləşdirməməyə meyilli olmasına dair təsəvvür yaranıb.

“Hələ siyasiləşdirilmiş hərəkətləri görmürəm. Komissiya sədri və ya hər hansı komissiya üzvü jurnalistin hər hansı bir təxribatçı suallarına siyasiləşmiş cavab verə bilərsə, bunu etmirsə deməli hələki komissiyanın işində heç bir siyasiləşmə yoxdur. Bu, artıq çox yaxşıdır”, – deyə keçmiş kəşfiyyatçı bildirib.

Vardanov komissiyanın bir suala cavab verə bilməyəcəyinə əmindir. Onun sözlərinə görə, bu, ordunun struktur problemidir. Ordunun inqilabi dəyişikliklə yenidən formalaşdırılmalı olduğunu qeyd edir.

“Kəskin dəyişikliklər etməyə ehtiyac var və bunun zəruriliyi Aprel döyüşləri zamanı ortaya çıxdı. Əvvəlki hakimiyyət də yaxşılaşdırmaq üçün böyük dəyişikliklər etdi. Bu xalq-ordu konsepsiyasının yaradılmasından ibarət idi. Ancaq bunun aktiv davamını görmürük”, – deyə Vardanov aktiv bir ehtiyatın yaradılmasının vacib olduğunu da vurğulayıb.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …