Cümə , Aprel 26 2024
Ana səhifə / Cəbhə Xəbərləri / DTX 7 min hərbçini mühasirədən necə çıxarıb? – VİDEO

DTX 7 min hərbçini mühasirədən necə çıxarıb? – VİDEO

Vətən Müharibəsi dönəmində Ermənistanın Gorusda yerləşən birinci ordu korpusu, bu ölkənin milli təhlükəsizlik xidmətinin sərhəd qoşunları və Hadrut divizyası çoxlu sayda Azərbaycan hərbçisini mühasirəyə salmaq üçün plan qurub.

Bu barədə “Xəzər TV”də yayımlanan “Qartal Zirvə”də sənədli filmində məlumat verilib.

“Bu üç qrup tərəfindən həyata keçirilən plana əsasən, maksimum dərəcədə Azərbaycan Müdafiə Nazirliyinin hardasa 3 briqadadan ibarət bölmələrinin Araz çayı boyunca dərinə buraxılması və onların üç istiqamətdə təminat yollarını kəsilməli idi. Mühasirəyə salmağın əsas məqsədi ondan ibarət idi ki, Silahlı Qüvvələrimizin irəliləməyinin qarşısı alınsın. Lakin bu plan əvvəlcədən ifşa olundu. Tərəfimizdən əməliyyat planları əldə edildi və bu barədə rəhbərliyə məruzə olundu. Nəticədə o istiqamətdə düşmənin özü mühasirəyə salındı” – sənədli filmdə Dövlət Təhlükəsizliyi Xidmətinin mənsubu bildirib.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …