Bazar , Avqust 25 2019
Ana səhifə / Cəmiyyət / VASİF TALIBOV BÖYÜK BRİTANİYA SƏFİRİNİ QƏBUL ETDİ

VASİF TALIBOV BÖYÜK BRİTANİYA SƏFİRİNİ QƏBUL ETDİ

Azinforum.az  “Şərq qapısı” qəzetinə istinadən xəbər verir ki, oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Krofts ilə görüşmüşdür.

Ali Məclisin Sədri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik etmiş, onu Azərbaycanın Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirmişdir. Blokada şəraitində yaşayan Naxçıvanda iqtisadi inkişafın, sabitliyin, enerji və ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işləri diqqətə çatdıran Ali Məclisin Sədri ikitərəfli əlaqələrin inkişafının əhəmiyyətini vurğulamışdır.

Kerol Meri Krofts göstərilən xoş münasibətə görə minnətdarlıq etmiş, muxtar respublika haqqında ətraflı məlumata malik olduğunu və görülən işlərin məmnunluq doğurduğunu bildirmişdir. Siyasi və iqtisadi cəhətdən Naxçıvanın əhəmiyyətini qeyd edən səfir əlaqələrin inkişafında səylərini əsirgəməyəcəyini diqqətə çatdırmışdır.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Atası yatan körpəyə baxdı, nə baş verdiyini görəndə kameraya çəkdi – VİDEO

Ailədə uşağın dünyaya gəlişi həmişə həyəcanverici və qeyri-adi olur. Körpələrinin adicə görünüşündən, sadəcə baxışından valideynlərin …

Bir cavab yazın