Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Cəmiyyət / Türkiyədə öldürülən səfir Andrey Karlov kimdir?

Türkiyədə öldürülən səfir Andrey Karlov kimdir?

Xəbər verildiyi kimi, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov türkiyəli polis Mövlud Mərd Altıntaş tərəfindən bu gün Müasir Sənətlər Mərkəzindəki sərgidə qətlə yetirilib.

Bəs sui-qəsd zəmnində həyatına son qoyulan Andrey Karlov kimdir?

Musavat.com xəbər verir ki, 1954-cü ildə dünyaya gələn Karlov, 1976-cı ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan məzun olub. 1992-ci ildə isə Diplomatik Akademiyanı bitirən Karlov 1976 –cı ildən bəri diplomatik sahədə işlərini davam etdirib.

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyində, həmçinin xarici səfirliklərdə vəzifə alıb. 1976-1981 və 1984-1990-cı illərdə SSRİ-nin Şimali Koreyadakı səfirliyində, 1992-1997-cı iilərdə isə Rusiyanın Cənubi Koreya Respublikasındakı səfirliyində fərqli vəzifələrdə işləyib.

Karlov 2001-2006-cı illərdə Şimali Koreyanın səfiri vəzifəsini icra edib. 2007-2013-cü illərdə isə ölkəsinin Xarici İşlər Nazirliyinin konsulluq işləri üzrə baş katibin müavini və rəhbəri olaraq işləyib.

Səfir Karlov 2013-cü ilin iyul ayından Rusiyanın Ankaradakı səfiri olaraq vəzifəsini davam etdirirdi. Korey və ingilis dilini bilən səfir evli və bir uşaq atası idi.

Həmçinin oxuyun

Bərdə terrorunda yaralananlar hadisənin dəhşətlərindən danışdılar – VİDEO

Oktyabrın 28-i saat 13 radələrində Ermənistan silahlı qüvvələrinin atdığı “Smerç” tipli reaktiv raket zərbəsi nəticəsində …

Bir cavab yazın