Cümə , Yanvar 22 2021
Ana səhifə / Cəmiyyət / TÜRKİYƏ MƏTBUATI XEYRƏDDİN QOCADAN YAZDI

TÜRKİYƏ MƏTBUATI XEYRƏDDİN QOCADAN YAZDI

Azinforum.az-ın bu günlərdə toxunduğu bir mövzu Türkiyə  mətbuatınıda geniş rezonansa səbəb olub. Söhbət İstanbulda Azərbaycanın Baş Konsulu olmuş Xeyrəddin Qocanın yenidən həmin diplomatik vəzifəyə qayıda bilməsi ilə bağlı yayılan informasiyadan gedirdi.  Türkiyənin aparıcı bir neçə qəzeti saytımıza istinadən həmin materialı tirajlayıb. Oxucuların marağını nəzərə alaraq, “Xeyrəddin Qoca Baş Konsul olacaq?” başlıqlı həmin  yazını yenidən təqdim edirik:

“Bir neçə aydır ki, İstanbul şəhərində Azərbaycan Respublikasının Baş Konsulu vəzifəsi boşdur. Qeyd edək ki, bu vəzifəni icra etmiş Həsən Zeynalov Türkmənistana səfir vəzifəsinə göndəriləndən sonra, həmin vəzifəyə təyinat olmayıb.
Azinforum.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə vaxtilə həmin diplomatik postda – 1998-ci ilin dekabr ayından, 2003-cü ilin martına kimi çalışmış Xeyrəddin Qocanın təyinat alacağı real görünə bilər. Xatırlaq ki, tanınmış publisist Xeyrəddin Qoca “91-lər”-dəndir, YAP Siyasi Şurasının üzvüdür, 1995-2000-ci illərdə millət vəkili olub.
Azinforum.az bu informasiyanı dəqiqləşdirmək üçün , Xeyrəddin Qocadan münasinbət öyrənib. O, saytımıza açıqlamasında bunları deyib:
“Baş Konsul vəzifəmin vaxtı bitdiyinə görə, 2003-cü ildə geri çağrılmışam. Həmin vaxtdan indiyə kimi – düz 13 ildir ki, işsizəm. Həmin vəzifəyə kimin göndəriləcəyi isə, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aid olan məsələdir. Əlbətdə, belə təynat olsa, yenidən işləmək istərdim. Elə bilirəm ki, topladığım diplomatik təcrübə bu işdə hər zaman köməyimə çata bilər. Mənim üçün çətin olmaz… Çünki mən həmin vəzifənin məsuliyyətini çox aydın başa düşürəm”.

Azinforum.az

Həmçinin oxuyun

19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub

Ötən il hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət …

Bir cavab yazın