Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Trampın şirkəti Azərbaycandan gedir

Trampın şirkəti Azərbaycandan gedir

“Trump Organization” şirkəti Azərbaycan daxil olmaqla bir sıra ölkələrdə layihələr üzrə lisenziya razılaşmalarını dayandırır.

Azvision.az “Bloomberg”-ə istinadən xəbər verir ki, bu barədə “Trump Organization” şirkətinin vitse-prezidenti, baş müşavir Alan Qarten bildirib.

Məlumatda qeyd olunur ki, bu addım Donald Trampın ABŞ prezidenti kimi biznes və siyasət maraqlarının toqquşa biləcəyi riski aradan qaldırmaq istəyilə bağlıdır.

Prezident Tramp maraqların toqquşmasının qarşısını almaq üçün biznesini tərk edəcəyini və onu övladlarına həvalə edəcəyini bildirib.

Trampın yanvar ayında bununla bağlı mətbuat konfransı keçirəcəyi gözlənilir.

Qeyd edək ki, Donald Trampın Azərbaycandakı “Trump Hotel and Tower” otelinə görə lisenziya gəliri 2,5 milyon dollar təşkil edib. 33 mərtəbəli “TrampTowers” yelkən formasındadır. Binanın tikintisi 2015-ci ildə tamamlanıb.

Həmçinin oxuyun

Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu …

Bir cavab yazın