Bazar , Yanvar 24 2021
Ana səhifə / Cəmiyyət / “Terrazini” Buzovnadakı kafeni necə ələ keçirmək istəyir?

“Terrazini” Buzovnadakı kafeni necə ələ keçirmək istəyir?

Son vaxtlar bəzi KİV-də Ramiz Zeynalov adlı vəkilin çıxışları və müsahibələri artmağa başlayıb və bu da narahatedicidir. Çünki bu şəxs hansısa məhkəmə işlərinə və hüquqları pozulmuş insanların müdafiəsi ilə deyil, “sosial problemlərin carçısı” obrazında çıxış edir.

 

Təəssüf ki, yaşlı nəsildən fərqli olaraq, gənc nəsil Ramiz Zeynalovun kimliyini bilmir və onun “radikal” açıqlamaları da əsl kimliyini gizlətməyə, vaxtilə dələduzluğuna görə həbs həyatı yaşamasına “siyasi çalar” qatmağa yönəlib.

 

Avropa.info xəbər verir ki, onun vaxtilə “Terrazini” ləqəbi ilə tanınması orta nəslin xatirində ola bilər. Yəqin çoxları artıq unudub ki, gənc türkçü və dissident Elçibəyin qızğın tərəfdarı olan, hüquq fakültəsinin məzunu Ramiz Zeynalovun karyerası 80-ci illərin sonlarında — 90-cı illərin əvvəllərində Bakının cinayətkar qruplaşmaları ilə kəsişib. Elə o vaxtdan Bakının birinci vəkilləridən sayılan, birdən-birə böyük nüfuz qazanan Ramiz Zeynalov Terrazini ləqəbini almışdı, cinayətkarların maraqlarını qoruyur, sovet dövründən sonra kriminal avtoritetlərlə bağlı yaradılan mifə olan inamla məşhurlaşırdı. Bəs niyə ona Terrazi deyirdilər?

 

80-ci illərin ikinci yarısında Sovet televiziyasında “Sprut” adlı İtaliya teleserialı çox böyük populyarlıq qazanmışdı. İtaliya polisinin qorxmaz və cürətli komissarı Katani ilə korrupsiyaya uğramış və cinayətkar vəkil Terrazini rəqabət aparırdı. Bəs nəyə görə bakılılarda Ramiz Zeynalovun surəti kriminal Terrazini ilə analogiya doğurub?
İndi həqiqət aşiqi və ictimai mübariz obrazında çıxış edən məhz həmin bu Ramiz Zeynalov bilavasitə kriminal avtoritetlərlə işləyir, onlarla bəzi hakimlər arasında bazarlıq edirdi.

 

Heydər Əliyev hakimiyyətə gəldikdən və ölkədə kriminal ünsürlər təmizləndikdən sonra Ramiz Zeynalovun da məşhurluğu getdi: artıq onu mətbuat səhifələrində çox nadir hallarda görmək olurdu. Onun artıq keçmişdə qalan “şöhrətinə” aldanıb onunla müqavilə bağlayanlar isə müflis olurdular: hakimlərlə “anlaşmaq üzrə peşəkar” statusunu qazanmış Ramiz Zeynalov qısa müddətdən sonra bu imicini də itirdi. Artıq sistemdəki yenilənmə və rüşvətə qarşı mübarizə özünü göstərirdi, hakimlər onu yaxın buraxmırdılar. İttiham olunanın və yaxud zərərçəkmişin müdafiəsi üçün barmaq tərpətməyən R.Zeynalov isə köhnə şakərinə uyğun müştərilərini talayır, prosesləri isə bir-birinin ardınca uduzurdu.

 

1995-ci ilin mart qiyamında qiyamçıların tərəfində hakimiyyətə qarşı çıxan “Terrazini” də həbs edilir. Lakin bir il sonra R.Zeynalov qaçılmaz cəzadan qurtulmağa nail olur. Azad olduqdan sonra isə özünün “yeni siyasi baxışlarını” bəyan edir. O, artıq sabiq baş prokuror Eldar Həsənovun adamı kimi özünü təqdim etməyə başlayır.

 

Müştərisinin işini həll etməyə “girişən” vəkil R.Zeynalov müttəhimləri guya qoruyur, əslində isə onları müstəntiq, hakim adı ilə soyub-talayırdı. Yüzlərlə aldadılmış insan Zeynalovun bu iyrənc missiyasının qurbanına çevrilmişdi.

 

2003-cü ilin ortalarında hakimiyyətin zəiflədiyi düşüncəsi ilə radikal açıqlamalara başlayan Ramiz Zeynalov illərdir sitayiş etdiyi məmurlarla “savaşa” başlayır. Lakin hər şey qısa müddət sonra üzə çıxır: Müxalifətin siyasi iflası Ramiz Zeynalovu planlarında dəyişikliklər etməyə vadar edir. Və o, yenidən hakimiyyətin tərəfinə adlayır.

 

Ramiz Zeynalovun “ən səs-küylü işi” Hüseyn Abdullayevin müdafiəsi ilə bağlı idi. Bu səs-küy ondan ibarət idi ki, H.Abdullayevin valideynlərinin vəkillə bağladıqları müqavilənin ömrü cəmi 2 həftə çəkdi. Artıq onun peşəkar vəkilliklə deyil, möhtəkirliklə məşğul olduğunu hamı bilirdi.

 

Nəhayət, R.Zeynalov haqlı cəzasını aldı və 2009-cu ildə dələduzluq maddəsi ilə ittiham edilərək həbsə alındı. R.Zeynalov «Əhmədov və Ko.» şirkətinin səs-küylü işi ilə dələduzluq əlaqələrinə görə ittiham edilirdi.

 

İki ildən artıq müddətdə məhbus həyatı yaşamış R.Zeynalov azadlığa çıxandan sonra da əməllərindən əl çəkmədi. Bu dəfə R.Zeynalovun adı inanılmaz dərəcədə çirkin işlərdən sayılan, ictimaiyyəti özünün video-kompromatları ilə şoka salan Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin işində hallandı.

 

İndi yenidən,  karyerasına “ağ səhifədən” başlamaq istəyən R.Zeynalov əməllərini “siyasiləşdirməklə” özünün reabilitasiyasını təşkil edir. Amma artıq çox gecdir, həm də 70 yaşı haqlayan biri üçün…

Həmçinin oxuyun

Pandemiyadan sonra toy və yas mərasimləri necə keçiriləcək?

Məşhur filmdə deyildiyi kimi, “xalqımın toy kimi gözəl adəti var, bu gözəl adətinə hörməti var”. …

Bir cavab yazın