Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Sovet İttifaqı Kommunist partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun iclası, 21 fevral 1985-ci il

Sovet İttifaqı Kommunist partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun iclası, 21 fevral 1985-ci il

İştirak etmişlər: yoldaşlar Əliyev H.Ə.,Vorotnikov V.İ.,Qrişin V.V.,Gromıko.A.A .,Romanov G.V .,Solomentsov M.S.,Tixonov N.A.,Demiçev P.N.,Dolqix V.İ.,Kuznetsov V.V.,Ponamayyov B.N.,Çebrikov V.M.,Zimyanin M.V.,Kapitanov İ.V.,Liqaçov E.K., Rıjkov N.İ.
6. Erməni soyqırımının 70 – illiyi ilə əlaqqədar tədbirlər.

QORBAÇOV-Bu məsələyə Mərkəzi Komitənin Katibliyinin iclasında ətraflı baxılmşdır. Bildiyiniz kimi, soyqırımın 50 illiyi ölkəmizdə qeyd olunmamışdır. Bu isə ağır mənfi nəticələrə gətirmişdir. Vaxtilə soyqırımın 60 illiyi Leonid İliç Brejnevin və Mixayil Andreyeviç Suslovun yanında müzakirə olunmuşdur. O vaxt partiyanın Mərkəzi Komitəsi tərəfindən razılaşdırılmış tədbirlərin keçirilməsi planlaşdırılmışdır. 24 aprel 1985-ci ildə Sultan Türkiyəsinin hakim dairələri tərəfindən təşkil olunmuş erməni soyqırımının 70 illiyi tamam olur, onun qeyd olunması üçün Ermənistan Kommunist partiyasının Mərkəzi Komitəsi əlavə tədbirlərin keçirilməsi haqqında əlavə tədbirlər irəli sürmüşdür.Ermənistanın partiya orqanları bu təklifləri sinfi düşmənin guya sovet hökumətinin soyqırımı ilı əlaqədar oz münasibətini müəyyən etməməsi lbarədə irrihamları aradan qaldırmaq üçün irəli sürmüşdür.Bu məsələ ilə bağlı burjua mətbuatında böyük səs-küy qaldırılmışdır.ABŞ-ın Nümayəndələr Palatası 24 aprelİ “İnsana qarşı geyri-insani davranış və erməni soyqırımı günü” elan edilməsi ilə bağlı qətnamə qəbul etmişdir.Bu istiqamətdə Fransa və digər dövlətlərin hakimiyyət dairələri fəal hərəkət edirlər.Bununla Ermənistan KP-nin Mərkəzi Komitəsi 1975-ci ildə soyqırımın 60 illiyinin qeyd edilməsi təcrübəsini nəzərə alaraq ,24 apreli “Soyqırımı qurbanlarının xatirə günü” elan olunması üçün Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti tərəfindən fərmanın verilməsi və Ermənistan Kommunist Partiyasiini birinci katibinin radio və televiziyada çıxış etməsini,onun çıxışının mətninin respublika mətbuatında dərc olunmasını təklif etmişdir.
Birbaşa deyium:Mərkəzi Komitənin Katibliyində biz respublika üzrə belə bir qərar qəbul edilərsə,onun müsbət və mənfi tərəflərini başa düşərək bu məsələnin baxılması üçün Sov.İKP Mərkəzi Komitəsinin Siyasi Bürosuna təqdim etməyi qərara aldıq.
DƏMİRÇYAN:-Hər şeydən öncə deməliyəm ki,bu məsələ cox ciddi və mürəkkəbdir.Məsələ respublikanın əhalisinin əksəriyyətini və xaricdə yaşayan erməniləri narahat edir.Hesab etmək lazımdır ki, hal-hazırda xaricdə üç milyona yaxın milliyətçə erməni olan çəxs yaşayır.
Respublikanın KP Mərkəzi Komitəsi keçmişdəki təcrübəni nəzərə alaraq , soyqırımnın 70 illiyi ilə bağlı tədbirlərin keçirilməsinə hazırlaşır.Bu yerdəxa tirlatmaq istərdim ki,soyqırımın 50-illiyi çox təhlükəli şəraitdə keçmiş,100 minə yaxın nümmayişçi küçələrə çıxaraq ,1915-ci ildə baş vermış hadisələrlə əlaqədar Sovet Hökümətinin mövqeyi ilə bağlı bəyanatın qəbul edilməsini tələb etmişlər.1965-ci ildə soyqırım qurbanlarına həsr olunmuş abidənin ucaldılması qərarı qəbul olunmuş, oraya hər il əklil qoyulur.Belə mərasimlərdə hər il 200-300 minə yaxın insan iştirak edir.Bunu nəzərə alaraq, Sov İKP müvafiq tədbirlərin hazırlanması ilə bağlı bizə tapşırıq vermışlər.Qeyd olunmuş tədbirləri hazırlayarkən biz soqırım qurbanlarının xatirəsinin anma mərasimi prosesinin daha təkmil idarə olunmasını nəzərə almışıq.
Burada artıq deyildi ki,soyqırımın 70- illiyi ilə bağlı vəziyyət ABŞ-ın Mərkəzi Kəşfiyyat idarəsi və digər təxribatçı təşkilatlar tərəfindən gərginləşdirilir.Tarixi saxtalaşdırmaq üçün güclü kampaniya aparılır,o sırada beynəlxalaq konfranslar təşkil olunur, məqalələr dərc edilir, televerilişlər göstərilir.Kimsə iddia edir ki, hətta ermənilər yox,rusların tərəfinə keçmiş ermənilər tərəfindən türklərin öldürülməsi baş vermışdır.Daşnaklar öz anti-sovet fəaliyyətlərini gücləndirirlər.Müxtəlif kanallarla daxil olan məlumatlara əsasən, bütün bu hadisələr , soyqırımının 70 illiyi ərəfəsində respublikada ideoloji vəziyyəti daha da gərginləşdirə bilər.Buna görə də bizdən tələb olunur ki,bununqa qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirək, o cümlədən soyqırımı qurbanlarının xatirə günü barədə fərman da daxil olmaqla Fərman qəbul etməliyik.
TİXONOV:-Bu fərmana uyğun olaraq belə gün hər il keçiriləcək?
DƏMIRÇYAN:-Bəli hər il.Ümumiyyətlə, biz hər il soyqırımı abidəsinə əklil qoyuruq və qurbanların xatirəsinə sükut dəqiqəsi keçiririk.

Bundan əlavə Ermənistan KP MK-nın birinci katibinin 10-12 dəqiqəlik çıxışı nəzərdə tutulur.Bu çıxış bizdə hər il keçirilən tədbirlərə əlavə olunacaqdır.
Bir daha vurğulamaq istəyirəm ki,bizim təkliflərimiz hər şeydən öncə xaricdə keçirilən güclü kampaniya ilə əlaqədardır.Son illər daşnak hərəkatı birləşmişdir.ABŞ -ın xüsusi xidmətlərinin diktəsi ilə daşnaklar bizim ölkəmizi və respublikanı 1915-ci il soqırımına qarşı laqeydlikdə itiham etmək , ictimaiyyəti dezoorentasiya edərək ermənilərdə anti-sovet əhvalı yaratmağa çalışırlar.Belə əhvali -ruhiyyə, əlbətə Ermənistanın özündə də yayılır,əsasən bizdə təhsil alan xarici tələbələrin və həmçinin respublikaya miqrasiya edən ermənilər vasitəsilə.
Bu yaxında Ermənisatan Kommunist Partiyası MK-nın plenumunda Sov İKP MK-nın İdeoloji işin təkmilləşdirilməsi haqqında qərarınnın həyata keçirilməsi ilə bağlı tədbirləri müzakirə edərək, biz acıq-aydın daşnakların sovet sisteminin və sovet Ermənistaninin düşmənləri kimi göstərmişik.Demək lazımdır ki, daşnaklar dərhal bununla bağlı fəgan qoparmışlar.Türkiyə də özünü neqativ aparır.Məsələn,Türkiyənin ABŞ-dakı səfiri konqresmenlərdən ermənilərin soyqırımı günü ilə bağlı qərarını ləğv etməyi xahış etmışdir.Eyni zamanda, bizə müxtəlif terrorçular göndərilir,sovet diplolamatik missiyalarına qarşı terrorçu hərəkətlər təşkil olunmasına cəhd göstərilir.
Biz hesab edirik ki, bizim təkliflərimiz işin düzgün təşkil edilməsinə kömək edəcək və ermənilərin soqırımının 70 iliyinin sovet hökumətinə qarşı təşkil olunmasına imkan verilməyəcək.
TİXONOV:-Necə hesab edirsiniz,sizin radio və televiziya ilə şxışınız ermənilərlə türlklır arasında olan ədavəti daha da qıçışdırmayacaq?
DƏMİÇYAN:-Bu çıxışda biz adətən, Sovet Ermənistanının nailiyyətləri və ermənilərin soqırımının Sultan Türkiyəsinin mürtəce dairələri tərəfindən həyata keçirilməsi haqqında danışırıq.
QRIŞIN:-70 il bu məsələ ilə bağlı Respublika Ali Soveti Rəyasət Heyətinin qərarı olmadan keçinmişik, indi isə belə fərman verilməsi təklif olunur.Bunu nəyə görə etmək lazımdır?
DƏMİRÇYAN:-Biz respublikada yaranan vəziyyəti dərindən təhlil edirik.İş ordadır ki, Ermənistan əhalisinin bütün təbəqələri soqırımı dərindən hiss edir.Praktik olaraq elə bir alilə yoxdur ki,onda soyqırım qurbanı olmasın.O ki qaldı fərmana -ona görə lazımdır ki,hazırda vəziyyət mürtəcü qüvvələr tərəfindən gərginləşdirilmişdir.
TİXONOV :-Bu vəziyyət respublikda yuxarilar tərəfindən gərginləşdirilmir?
DIMİRÇYAN:-Bu mövzu erməni xalqının fikrindən və qəlbindən çıxmır Mən xüsusilə vurğulamaq istəyirəm ki, respublikda keşirilməsi nəzərdə tutulan tədbirlər anti-türk istiqamətində deyildir.Hər dəfə küçələrə 250-270 min insan çıxır.Biz yalnız prosesi idarə etmək istəyirik.
GORBAÇOV:-Dövlət Təhlükəsizlik Komitəsinin nümayəndəsi nə deyə bilər.
BOBKOV:(SSRİ DTK-nin sədr müavini)-Yoldaş Dəmirçiyanın çıxışına az əlavə etmək olar.

Əvvəllər,1965-ci ilə qədər bu problem bu qədər ciddi deyildi.Amma bildiyiniz kimi,1965-ci ildə soyqırımı qurbamlarının xatirəsini anma mərasimi kütləvi iğtşaşlara çevrilmişdir.Xatırlayisiniz, 5 minlik kütlə soyqirımı qurbanlarınınx atirəsinə həsr olunmuş iclasımn keçirildiyi teatr binasına daxil olaraq iğtişaşlar törətmışdı.Bundan sonra,1967-ci ildə soyqırımı qurbanların həsr olunmuş abidə ucaldılmışdır.Onun açılışında 200 mndən çox adam iştirak etmişdir.Soyqırımın 60 -iliyi ilə əlaqədar tədbirlər keçirilmiş, o cümədən Ermənistan KP MK-nın,Ali Sovetinnin və Nazirlər Sovetinin xətti ilə .Bizdə olan məlumta görə soyqırımım 70 -iliyinə həsr olunmuş tədbirlərdə 300 minə yaxın adam iştirak edə bilər.
Burada sual yaranır- bu müddət ərzində nə dəyişib? Bu suala cavab verəcəyəm.Birincisi-burjua xadimləri tərəfindən soyqırımın xatirə gününn anti-sovet ruhunda qeyd edilməsinin, o cümlədən vacibliyi haqqında coxlu bəyanatlar səsləndiriımlşdir.İkincisi- hər cür anti-sovet qrupların fəaliyyəti, o cümlədən Ermənistan ərazisində dəfələrlə güclənmişdir.Bu qrupların yüzə yaxın nümayəndəsi həbs edilmiş, yaxud profilaktikadan keçirilmişdir.Üçüncüsü-bu məsələnin Türkiyə hakimiyyəti tərəfindən qızışdırılması və soyqırımın ermənilər təərfindən törədildiyini göstərmk səyləri olmuşdur.Dördüncüsü -terrorçuluq fəaliyyətinin, xüsusilə Erməni terrorçu azadlıq ordusu tərəfindən güclənməsi bizi narahat etməyə bilməz.Bununla bağlı xarici tələbələr qrupu tərəfimizdən həbs olunmuşdur.Buna görə də Ermənistan KP MK-sı tərəfindən təşkil olunan əlavə tədbirlər əhalinin daha yaxşı təşkilatlanmasına və təşəbbüsü əz əlimizə gətirmık imkanı verəcəkdir.
QROMIKO:- Biz bu məsələni emosiyasız müzakirə etməliyik.Əlbəttə, bu Sultan Türkiyəsinin və Çar Rusiyasının çirkin cinayətləridir.Lakin bildiyiniz kimi, ölkəmizə 6 il rəhbərlik etmış Leninin vaxtında da belə tipli,soygırım ilə bağlı məsələlər qaldırılmamışdır.
PONAMARYOV:-Amma o vaxt Türkiyədə inqilab baş vermışdı
QROMIKO:-Bu burjua inqilabı idi.Ona görə də indi sual yaranır, Türkiyəyə qarşı belə davranışı əbədiləşdirmək bizə lazımdır? Mənim fikrimcə daşnaklar Sovet Hökumətinə türklərdən daha çox nifrət edirlər.Ona görə də onlar, onların üləmaləri bizim üçün meyar ola bilməz.Xaricdə edilən hər şey orada yaşayan ermənilərin marağımna yuğun gəlir.Ona görə də xaricdə keşirilən hər cür aksiyalara istinad etmək , mənim fikrimcə , inadırıcı deyil.
Eyni zamanda ,xalqın duyğularına da çıxış yolu vermək lazımdır.Amma bunun respublika üzrə fərman verilməsi ilə qəbul edilməsi nə dərəcədə vacibdir? Axı, belə bir fərman təqvimə daimi Matəm günü daxil edəcək.Bunu qanunla təsbit etmək lazımdır?Onda ölkəmizdə Batın işğalından başlayaraq nə qədər matəm günləri olmalıdır? Bildiyiniz kimi, biz hətta Leninin vəfatı gününü geyd etmirik.Buna görə də mən respublika üzrə belə bir fərmanın verilməsinə çox şübhə ilə yanaşıram.
Ermənisatan Kompartiyası MK-nin geydlərində mərkəzi mətbuat orqanlarında soyqırımı haqqında məqalə dərc olunması təklifi var.Mənə elə gəlirki, bu işdə bizim “ağır artleriyamızı ” istifadə etmək lazım deyil. Ermənistanda nə isə etmək lazımdır, O cümlədən Ermənistan KP mK-nin birinci katibinin çıxışını dərc etmək olar ,amma digər təkliflərə dəstək verməyə ehtiyac yoxdur.Əgər türklər öz ərazilərində Sovet İttifaqına qarşı yönəlmış nüvə raketləri yerləşdirsələr -daha təhlükəli olacaqdır.
Son olaraq demək istərdim ki,bütün bu tədbirləri yenidən nəzərdən keçirməliyik, dərindən fikirləçib tədbirləri minimal səviyyəyə endirməyə çalışmalıyıq.
ZİMYANİN:-Mən “Pravda” qəzetinin redaktoru kimi vaxtilə bu məsələ ilə bağlı redaksiya məqalələri dərc etmşdım.Onlarda souqırım aid yalnız bir abzas vardı .İndi isə acıq – aydın görsənir ki,ABŞ bizi Türkiyə ilə vürşdürmaq istəyir.Biz buna imkan verməməliyik.Mən bu məsələnin Mərkəzi Komitənin Katibliyində iştirak etməmişəm.Amma düşünürım ki, halda , bəzi tədbirləri keçirmək lazımdır.Amma tədbirlər dövlət səviyyəsində deyil , ictimaiyyət səviyyəsində olmalıdır.Mənə aydındır ki,respublika üzrə fərman Türkiyəyə qarşı düşmənçilik aktı olacaqdır.O,Sovet-Türkiyə əlaqələrinin gərginləşdirilməsinə gətirib çıxaracaqdır.Biz bundan heç nə qazanmayacağəq.Ona görə də yoldaş Dəmirçiyan və Ermənistan KP MK-sı təşəbbüsü ğz əlıərinə götürməlidir və sinfi mövqedən hərəkət etməlidirlər.Bütün tədbirlər Ermənistan ictimaiyətinin xətti ilə Türkiyəyə qarşı təhdidlərsiz həyata keçirilməlidir.
Bütövlükdə götürüldükdə mən onun tərəfdarıyam ki,soyqırımın 70 illiyinə həsr olunmuş tədbirlər yalnız tarixi-ictimai planda olsun.
TİXONOV:-Mən Ermənistan KP MK-nin təkliflərini oxuyanda zarafatsız təşvişə düşdüm.Bizim Türkiyə ilə əlaqələrimiz indi düzəlməyə başlamışdır. Bu ölkəıyə səfərim zamanı Türkiyənin rəhbərliyi Sovet İttifaqını dost adlandırmış və onlar öz ərazilərində ölkımizə qarşı yönəlmiş raketlərin yerləşməsinə iczə verməyəcəklərini bildirmışlər. Mənə aydındır ki, respublika üzrə fərman sovet türkiyə münasibətlərində gərginlik yardacaq və istət-istəməz Moskvanı bu məsələyə cəlb edəcək.Sual yaranır- kim bundan qazanacaq. Aydındır ki, amerikalılar bundan qzanacaqlar.
Türkiyıdə olduğum vaxt ölkənin prezidentı və baş naziri Ermənistanda rəhbərlərin çıxışlarıma istinad edərək burada anti türk əhvali-ruhiyyəsi haqqında mənə düz 40 dəqiqə şikayət etmışdilər.Aydındır ki, biz buna yol verməməliyik.Umumiyyətlə, yadımızda yaxşı saxlamalıyıq ki, Türkiyə həm Dardanel həm də Bosfor boğazlarının sahibidir və Montrede imzalanmış sazişə əsasən onun boğazları iri qıfilla bağlamaq ixtiyarı var.
Mən “Pravda” qəzetində 1975-ci ildə məsələ ilə bağlı dərş olunmuş məqaləyə baxmışdım. Orda soyqırıma cəmi 5 sətir həsr olunmuşdu.Və bu düzgündür.Axı, bizim ölkımizdə daha böyük facilıər də baş vermışdir.Məsələn Belorusiyada faşistlərin əli ilə hər dördüncü insan həlak olmuşdur.
Mənə aydındir ki,bizim finlərlə, yunanlarla , türklərlə əlaqələrimizin düzəlməsi amerikanları şox qəzəbləndirir və onlar soyqırımın yubileyi vasitəsi ilə qonşu ölkələr ilə əlaqələrimizi korlamaq istəyirlər.
İstərdim ki,Ermənistanda, onun partiya təşkilatında zəhmətkkeşlırin bütün nəsilləri ilə ciddi iş aparılsın.Beynəlmiləl tərbiyə daha yaxşı təşkil olunsun, bütün hadisələr nəzarətdə saxlanılsın.Ona görə görünür bu məsələni dərindən öyrənmək,daha aşağı səviyyədə keçirmək, ölkılərarası əlaqələrə toxunmdan həıll etmək daha düzgün olardı
QRİŞİN:-Erməni yoldaşların hissləi və onaları soyqırımə gününü qeyd etmək istəklri bizə aydındır.Lakin düşünürəm ki, beynəlxalq vəziyyət bizə ehtiyatlı olmağı diktə edir.Axı ABŞ konqresi tərəfindən qəbul olunan qətnamələr Sovet İttifaqının və Sovet Ermənistanının mənafeyinə uyğun deyil.Ona görə də onlara istnad etmək düzgün deyil.Ümumiyyətlə, respublika üzrə soyqırımın anım günü ilə bağlı fərmanın qəbul edilməsi zəryriliyi haqqında məndə ciddi şübhələr var.70 il bizdə belə bir fərman yox idi və onun indi qəbul edilməsinə ehtiyac yoxdur.Bəlkə mərkəzi mətbuat orqanlarında çıxış edərək imperalist qüvvələrin millttçı ehtirasların qışışdırılması istiqamətində apardığı fitnələrini ifşa etməliyik.Bir şey aydındır ki,indi sovet insanlarının birliyi onların beynəlmilə ruhda tərbiyəsi üçün bütün ermənistan partuia təçkilatını səfərbər etməliyik.
ÇEBRİKOV:-Mən qeyd etmək istərdim ki,1965- ci ildən başlayaraq biz məcburuq hər il Ermənistan KP MK-sı ilə birgə erməni soyqırımı məsələləri ilə məşğul olaq.Hər halda, respublikanın əhalisinində gərginlik mıvcuddur və kifayət qədər ciddidir.Hər ailənin nəslində soyqırım qurbanları var.Ona görə mənim fikrimcə respublikda keçmişdə keçirləın tədbirlərdən birdəfəlik imtina etməyə yol verməməliyik.Əvvələr keçirilən tədbirləri Türkiyə ilə gərginlik yaratmamaq şərti ilə qoruyub saxlamaq lazımdır.Nəzərə almaq lazımdır ki,respublika üzrə fərmandan başqa hər şey qəbul olunmuş və hər bir tədbir həyata keçirilmişdir.Xalqın alışdığı tədbirlərdən imtina edə bilmərik.O ki qaldı bizim təkliflərimizə, onları yaxşı ğlçüb -biçməliyik və ehtiyac olsa onlara daha sonra qayıdarıq.
TİXONOV: -Leninin vaxtında da bu olmamışdır
ÇEBRİKOV:-Ümumiyyıtlə, biz , görünür yeni tədbir daxil etmədən,keşmişdə həyata keçirilən tədbirləri qoryuyb saxlamalıyıq.
QROMIKO:-Respublika rəhbərliyi ciddi işləməidir.
GORBAÇOV:-Bizdə şübhə olmasaydı Katiblik bu məsələni MK-nin Siyasi Bürosunun iclasına daxil etməzdi.Düşünürəm ki, bugünkü mazakirə olunan məsələ haqqında biliyimizi artırmışdır və biz düz eləmişik- məsələni bu icladsa baxılmaq üeçün gündəliyə daxil etmişik.Verilmiş təkliflər haqqıhda Dəmiçiyan K.S.-dən başqa heç kim bilmir və lazim deyil ki, kimsə bilsin
Biz yeni tədbirləri keçirməməliyik.
KUZNETSOV:-Düzdür
QORBAÇOV:-Amma keçmişdə keçirilən tədbirlərdəm də imtina etməməliiyk
QROMIKO:-Köhnə tədbirləri yeni qayda ilə keçirmək olar
QORBAÇOV:-Biz razılaşa bilərik ki,soyqırım haqqında məqalə yalniz “Pravda” qəzetində dərç olunsun.Ermənistanda keçiriləcək tədbirlərə toxunaraq biz prinsipial sinfi mövqeyə əsaslanmalıyıq, ağırlıq mərkəzini keçmişə yox,sovet Ermənistanının qazandlğı uğurlara, respublikanın və onun kommunistlərinin qarşısında duran digər məsələlərə diqqət yetirməliyik.
Xüsusilə Sov.İKP MK-da İrəvan şəhərinin bundan sonrakı inkişafına diqqət yetirilməsi üçün tapşırıq var.Bu məsələ ilə bağlı qərarı soyqırımın ildönümü ərəfəsində qəbul etsək daha yaxşı olardı.Yoldaş Dəmirçyan K.S, düşünürəm ki, burda erməni kommunistlərinin inadı və aktiv fəaliyyətinin vacibliyi düzgün qeyd olunmuşdur.Əgər soyqırımın ildönumu ilə bağlı hərhanseı bir problem ortaya çıxarsa republika təşkilatının hər zaman bu məsələnin partiyanın Mərkəzi Komitəsinin qarşısında qaldırmaq imkanı var.
Görünür, biz Ermənistan KP MK-nın təklifinə və MK-nin Siyasi Bürosunun iclasındakı fikir mübadilələrinə əsaslanaraq ənənəvi ictimai tədbirlərin həyata keşerilməsi planına aid olan və 1985-ci ilin aprel ayına təsadüf edən erməni soyqırımının 70 illiyinnin Ermənisatan KP MK tərəfindən qeyd edilməsini MK-nin Siyasi Bürosunun iclasına daxil edə bilərik.
Bununla yanaşı erməni xalqının bizim sovet ittifaqinin tərkibində qazandığı nailiyyıtləri barədə “Pravda” qəzetində redaksiya məqaləsinin dərç olunması haqqında təlimat vermək olardı.
SİYASİ BÜRONUN ÜZVLƏRİ:-Düzgündür
Qərar qəbul olunmuşdur.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın