Bazar ertəsi , May 27 2019
Ana səhifə / Cəmiyyət / Sonu çatan icra başçıları – SİYAHI

Sonu çatan icra başçıları – SİYAHI

Siyahıda «daşlaşmış» icra başçıları ilə yanaşı, yeni gələnlər də var

Hələ Avropa Oyunlarından sonra belə bir xəbər yayılmışdı ki, hakimiyyət bəzi kadrları ilə vidalaşaraq, yenilərini vəzifə başına gətirməyə hazırlaşır. O dönəmdə prezidentin keçirdiyi müşavirədə səsləndirdiyi fikirlər də, bu barədəki arqumentləri gücləndirirdi. Dünən isə ilk addım atıldı və dövlət başçısının sərəncamı ilə icra başçılarından biri işdən azad edildi.

Mötəbər mənbələrdən jam.az-a daxil olan məlumatlara görə, proses təkcə bir icra başçısı ilə yekunlaşmayacaq. Həftə ərzində daha bir neçə rayonun icra başçısının işdən çıxarılması və yerinin dəyişdirilməsi baş verəcək. Mənbənin iddiasına görə, adı hakimiyyətin «qara siyahı»sında yer almış icra başçılarının sayı xeyli çox olsa da, parlament seçkiləri ilə əlaqədar bəzilərinin işi ilin sonuna qalmış olacaq.

Amma adları bəlli olanlar da var. JAM.AZ-a danışan mənbə iddia edir ki, Bərdənin icra başçısı Vidadi İsayev vəzifəsindən gedəcək. Onun yerinə Masallının icra başçısı Rafil Hüseynovun təyinat alacağı gözlənilir. Səbəb isə Hüseynovun əslən bərdəli olması göstərilir.

Füzulinin icra başçısı Alı Alıyev də siyahıda adı öndə olanlar sırasındadır. Onun işdən çıxarılması bir qədər əvvələ təsadüf etməliydi. Lakin himayədarı kimi çıxış edən Əhməd Əhmədzadənin xahişlərindən sonra bir müddət daha vəzifədə qalmaq imkanı əldə edib.

Yardımlının icra başçısı Sevindik Hətəmovun isə Masallıya, Bərdəyə icra başçısı göndərilməsi nəzərdə tutulmuş Rafil Hüseynovun yerinə gətirilməsi gözlənilir.

Astaranın icra başçısı Qəzənfər Ağayev isə postundan alınacaq və yerinə başqa biri gətiriləcək. Bu rayonun İcra Hakimiyyəti Ağayev üçün sonuncu iş yeri kimi qeyd olunacaq.

İmişlinin icra başçısı Vilyam Hacıyev isə seçkiyə kimi yola salınmalıdır. Onun da etimadı doğrultmadığı və bir sıra ciddi yanlışlıqlara yol verdiyi bildirilir. Hazırda haqqında ən çox şikayət edilən icra başçıları arasında Hacıyevin adı öncüllər sırasındadır.

Tovuzun icra başçısı Tofiq Zeynalovun da durumu yaxşı deyil. Generalın qardaşı bir sıra ciddi səhvlərə yol verməklə yanaşı, həm də vəzifə başına bütün qohumlarını gətirib. Həmkarı Ənvər Seyidəliyev kimi qohumlardan ibarət «imperiya» yaratmış Zeynalovun başqa işə keçirilməsi və ya pensiyaya göndərilməsi qətiləşib.

Cəbrayılın icra başçısı Məmməd Quliyev, Qubadlının icra başçısı Malik İsaqov, Ağsunun icra başçısı Ənvər Seyidəliyev, Qusarın icra başçısı Şair Alxasov, İsmayıllının icra başçısı Mirdaməd Sadıqov, Şəkinin icra başçısı Elxan Usubov, Qaxın icra başçısı Musa Şəkəliyev də siyahıda yer alan məmurlardandır. Onlarla bağlı qərarların ilin sonuna kimi veriləcəyi gözlənilir.

Həmçinin oxuyun

Dövlət Sərhəd Xidmətinə tabe olan muzeyin iki adı var… – FOTOFAKT

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub.Moderator.az-ın …

Bir cavab yazın