Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Sevindik Hətəmov niyə ağlayırdı? 

Sevindik Hətəmov niyə ağlayırdı? 

Salyan kimi yağlı «tikə»yə sahib olduğu üçün sevinirdi, yoxsa, Yardımlı kimi kasıb bir yerdən canını qurtardığı üçün?

Məlum olduğu kimi, prezidentin sərəncamı ilə Sevindik Hətəmov Yardımlı rayonunun icra başçısı vəzifəsindən azad edilərək, Salyana icra başçısı təyin edildi. Qısa müddət ərzində baş verən təyinat dəyişikliyi Hətəmov üçün bəlkə də göydəndüşmə sayılmalıydı. Bu barədə bir qədər sonra…
Sevindik Hətəmov niyə ağlayırdı?
Sevindik Hətəmov Yardımlı camaatı ilə vida mərasimi keçirərək, onlardan ayrılan zaman kövrələrək, ağlayıb. Əcəba, niyə? İndi bu sualın cavabını tapmağa çalışacağıq. Aydın məsələdir ki, Yardımlı kiçik dağ rayonu olmaqla yanaşı, həm də əhalisi xeyli kasıbdır. Üstəlik, ora ilk icra başçısı olanların katorqası kimi təqdim edilir. Hətəmovun da bu ilk işi olduğundan onu əvvəlcə Yardımlıya sınağa göndərdilər, ardından da Salyan kimi iri bir rayona təyinat verdilər.
Politika.Az xəbər verir ki, Salyan Azərbaycanın ən strateji və iri rayonlarından biridir. Üstəlik, icra başçıları üçün də həmişə «yağlı tikə» olaraq tanınır. Sevindik Hətəmov bunun fonunda ağlamasını başa düşmək də xeyli çətindir. Həmişə ucuz şoulara gedərək, cəmiyyətin gözünə girməyə çalışan icra başçısının bu dəfəki hədəfi də elə niyyətlərindən uzağa getməyib. Daha doğrusu, Hətəmov Yardımlıdan ayrılarkən bir qədər artistlik edib.

Sevindik Hətəmov niyə ağlayırdı?
Sevindik Hətəmov niyə ağlayırdı?
İndi sual olunur: İcra başçısını kim təyin edir? Əlbəttə, Prezident. Onun təyinatına qarşı çıxmaq nə qədər məntiqlidir? Daha çox məntiqsizdir. Dövlət başçısı bir rayona rəhbər təyin edərkən, ilk öncə onun kimliyini deyil, bacarığını nəzərə alır ki, bu da aydın məsələdir. Sevindik Hətəmovu da dövlət başçısı təyin edib. Sonra da məsləhət bilib ki, başqa bir rayona icra başçısı olsun. Tamam. Daha burada ağlamaq nə məna daşıyır?
Hə, o ayrı məsələdir ki, bir tərəfdə camaatın gözündə «burdan ayrılmaq istəmirdim» görüntüsü yaratmaq, digər tərəfdə isə «yağlı tikə»nin necə yeyilməsini düşünmək var. Yəni, Yardımlı kimi kasıb bir yerdən can qurtarıb, Salyan kimi varlı bir yerə getməyin sevincini yaşayıb.
Sevindik Hətəmov niyə ağlayırdı?

Sevindik Hətəmov niyə ağlayırdı?
Gedişatdan da belə başa düşülür ki, Sevindik Hətəmovun Yardımlıda tökdüyü göz yaşları hamısı sevinməkdən başqa bir şeyə dəlalət etməyib. Çünki kövrəldikdən bir gün sonra adam Salyanda ilk qəbulunu keçirib, camaatla tanış olmağa başlayıb. Səhəri günü isə ayrı-ayrı məhəllələri gəzərək, camaatın arasına çıxıb.(politika.az)

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın