Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Cəmiyyət / Şərif Əsədullayevin adam bıçaqlayan oğlu sərbəst buraxıldı

Şərif Əsədullayevin adam bıçaqlayan oğlu sərbəst buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qafqazinfo“nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə təqsirləndirilən Tamerlan Əsədullayev məhkəmə zalından  sərbəst buraxılıb. Tamerlan Əsədullayev barəsində 3 il şərti cəza təyin olunub.

Qeyd edək ki, Tamerlan Əsədullayev bu ilin aprel ayında Yasamal rayonunda, Nəriman Nərimanovun heykəli olan ərazidə fəaliyyət göstərən restoranların birində bir neçə nəfərlə mübahisə edib. Mübahisə davaya çevrilib və qarşı tərəfdən bir nəfər bıçaqlanıb.

Onunla bağlı Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Həmçinin oxuyun

Daşaltı: 29 ildən sonra baş tutan qisas — VİDEO

Baku TV-də yayımlanan “Qarabağ xronikası” verilişinin dördüncü buraxılışı efirə gedib. Verilişin aparıcısı, hərbi jurnalist Fərdin …

Bir cavab yazın