Bazar , Avqust 18 2019
Ana səhifə / Cəmiyyət / RÖVŞƏN BU OLİQARXIN VİLLASINDA GİZLƏNİB – Sensasion təfərrüat (Fotolar)

RÖVŞƏN BU OLİQARXIN VİLLASINDA GİZLƏNİB – Sensasion təfərrüat (Fotolar)

2014-cü ildə İtaliya polisi Rövşən Lənkəranski barədə axtarış elan edəndən sonra o, bir müddət Frenk El Kapone kimi tanınan Fizuli Məmmədovun Milandakı və Berqamodakı vilallarında gizlənib. O, dostu, çeçen qanuni oğru Həmzat Qastamirovla birgə olub.

Bu məlumat Axar.az-a etibarlı mənbədən daxil olub. Mənbənin dediyinə görə, Fizuli Məmmədovun əslən Salernodan olan mafioz Mateto Messina Denarolya da əlaqələri olub. Neçə vaxtdır axtarışda olan Denaroyla onu Provenzano ailəsi bağlayır. Məhz bu ailəylə Frenkin ortaq biznesinin də olduğu deyilir.

Elə Rövşənin otellərin alınmasında vasitəçi də məhz Frenk olub. Sonra onu İsveçrəyə qaçıra bilib. İsveçrədən isə o, Bülənt Bafralının köməyilə Almaniya keçib və daha sonra saxta pasportla Türkiyəyə gələ bilib.

Xatırladaq ki, İtaliya maliyyə polisi bir qədər əvvəl qətlə yetirilmiş qanuni oğru Rövşən Lənkəranskinin bu ölkədəki əmlaklarıyla bağlı araşdırmaya başlayıb. Polis Lənkəranskiyə aid iki otelin yerini müəyyənləşdirilib. İtaliyanın cənnət bölgələrindən sayılan Salerno yaxınlığındakı Pozitano qəsəbəsində yerləşən “Le Sirenuse” və “Hotel Covo dei Saraceni” otelləri Lənkəranski tərəfindən nəğd qiymətə alınıbmış. Qanuni oğru bu otellərə üst-üstə 101 milyon avro pul ödəyib.

 

Həmçinin oxuyun

“İkinci arvad kişinin ömrünü uzadır”

Evli qazaxların özlərinə sevgili tapmaları yaxşıdır. Bunu qazax etnoqraf “Altın Alka” çoxuşaqlı analar cəmiyyətinin idarə …

Bir cavab yazın