Cümə , Oktyabr 30 2020
Ana səhifə / Cəmiyyət / Razi Nurullayevin partiyası buraxıldı? – müavinləri istefa verdi

Razi Nurullayevin partiyası buraxıldı? – müavinləri istefa verdi

 AXCP adına iddia edən qrupa rəhbərlik edən Razi Nurullayevin ətrafında yarpaq tökümü davam edir.

Azinforum.az  xural.com-a istinadən xəbər verir ki, bu gün Razi Nurullayevin iki müavini onu tərk edərək istefa verdiklərini bəyan edən statuslar yazıblar. Müavinlərdən Cavid Musazadə hətta bütün AXCP-lərin partiyanın buraxıldığını iddia edib. Cavid Musazadə yazıb:

“AXCP-də olan haqsızlıqlar nəticəsində məni AXCP Suraxanı şöbəsindən xaric etmişdilər. Sonra heç bir təşkilatçılığım olmadan gənclər toparlanıb məni müdafiə etmişdilər. Sonra bizi AXCP Nərimanov şöbəsinə bərpa etmişdilər. Sonra bir müddət keçdi, oradan da Məmməd İbrahimin təşkilatçılığı ilə xaric edildik. Onların bu oyununa görə birləşib təşkilata sahib çıxmaq istəmişdik. Ancaq bütün zəhmətimiz hədər getdi. Fundamental olaraq cəbhəçi olmayanların cəbhəni mənimsəmək planı və cəbhəni iflic bir quruma çevirməsi bizi olduqca narahat etdi. Kərimlini ittiham etdikləri bütün ittihamlardakı qınaqlarda göstərilən iddiaları bu gün bunların özlərinə etmək mümkündür. Həm də ondan qat-qat artıq şəkildə. Beləliklə, cəbhə arxivləşdi. Saxta cəbhələrdə təmsil olunmaq istəmədiyimiz üçün artıq bu təşkilatların da hüquqi varlığı dövlət tərəfindən tanınmadığına görə, rəsmi arxivləşdiklərinə görə biz də bu qurumları buraxılmış hesab edirik. Cəbhəçi fəaliyyətini dayandırıb müstəqil fəaliyyətimizi formalaşdıracağıq. Dostlarımızla bərabər referendumla bağlı təşviqat qrupunu elan edəcəyik. Dövlətçiliyi əsas prinsip götürən, qrup, firqə maraqlarından, şəxsi maraqlardan uzaq olan dostlarımızla əməkdaşlığa hazırıq.”

Daha sonra Razi Nurullayev istefa verən müavinlərini hədəf götürən statuslar yazdırmağa başlayıb. Cavid Musazadə isə buna cavab olaraq, “əlindən tutub yol apardığımız mənəvi şikəst olan, sizin yanınızda azdırdığımız qəpik-quruş xəstəsi uşaq-muşağa söz yazdırmayın. Mesajınızı özünüz verin. Hər cəhətdən şikəst adamlarınızla bizə mesaj verməyə çalışsanız, başçınıza ünvanlanan cavablar alacaqsınız! Pul üstündə orda-burda döyülə-döyülə gəlib bura çıxdığınızı unutmayın” yazıb daha sonra əlavə edib: “Biz o formalaşmamış partiyanı buraxdıq. Formalaşan hissəsini də biz qurmuşduq, mənfəətini başqaları götürmüşdü. Bizə heç 1 faizi düşməmişdi. Özlərini qurucu elan etmiş Razi Nurullayev, Rafiq Daşdəmirli və digər bir-iki “siyasətçi”lərin adamı, ətrafı və tərəfdarı varsa bizim keçirdiyimiz o qurultayın tən yarısı səviyyəsində bir tədbir keçirsin. Heç tən yarısını da demirəm, 100-150 nəfərlik bir dinc tədbir keçirib indi özlərini təsdiq etsinlər görək.))) Mənə eqoist deyənlərədir cavabım.”

Razi Nurullayevin digər müavini Abdulәzimov Fәxrim isə istefa bəyanatını facebook statusundan verib. Abdulәzimov Fәxrim yazıb:

“Mәn Abdulәzimov Fәxrim 2002-ci ildәn üzv olduqum AXCP-dən istefa verirәm. İstefa vermәyimin sәbәbi Razi Nurullayevin bir ili tamam olmayan qurduqu partiyanın qeyri-legitimliyi vә partiya strukturlarının olmamasıdır. Partiyada olan idarәçiliyin diktatura idarәçiliyi ilә eyni sәviyyәdә olması, haradan maliyyәlәşdiyinin bilinmәmәsi, xalqa yox deyən bәzi adamlara xidmәt etmәsidir. Özlәrini müxalifәt lideri kimi qәlәmә verib xalqın yanında olmayan insanlarla mübarizә aparmaq düzgün deyil. Bir ilә yaxındır qurultayın keçirilmәsinә baxmayaraq, partiyanın heç bir strukturlu fәaliyyәtinin olmaması bu partiyanın inkişafının olmamasını bir daha sübut edir. Partiya deyil, siyasi klub şәklindә fәaliyyәt göstәrәn, partiyanı imitasiya edәn bir qrupun içindә olmamağı mәqbul saydım.”

Bundan bir gün əvvəl isə Razi Nurullayevin sabiq tərəfdarlarından biri olan gənc fəallardan Dəyanət Babayev onu möhtəkirlikdə ittiham etmiş, iki aydır müavinlərinin əmək haqqını vermədiyini, bunun üçün hakimiyyət dairələrindən aldığı pulları Rusiya Federasiyasında açdığı yeni obyektə yatırdığı, bunun da partiyadaşları tərəfindən narahatçılıqla qarşılandığını yazmışdı.

Dəyanət Babayev hələ bir gün əvvəldən sanki olacaqların anonsunu belə vermişdi:

“Razi Nurullayev siyasi alverlə məşgul olur. O, Rusiyada, Ukraynada hakimiyyətdən aldığı pullara biznes qurur. Razi Nurullayev guya alternativ hər hansı partiya yaradır, amma bu gün adam tam iflasa uğrayıb. Hətta 2 aydır, ətrafında söz verdiyi adamlara maaş vermir və onları aldadır. Guya hökumət buna artıq pul ayırmır, Amma ayrılan pulları Rusiyada açdığı şirkətə və şəxsi ailə büdcəsinə, aldığı mülklərə xərcləyir. Heç olmasa bunlar utan, sus, sən danışma, Razi Nurullayev!

Bir gün insanların qüruru üzərindən aldığın pulların hesabını verəcəksən!”

Həmçinin oxuyun

İlham Əliyevin Şuşadakı fotosunun tarixi

Şanlı Azərbaycan Ordusu 27 ildir düşmən tapdağı altında qalmış doğma torpaqlarımızda uğurlu hərbi əməliyyatlar nəticəsində …

Bir cavab yazın