Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Cəmiyyət / Prezident İlham Əliyev Mingəçevirdə magistral yolun açılışını etdi (FOTO)

Prezident İlham Əliyev Mingəçevirdə magistral yolun açılışını etdi (FOTO)

Prezident İlham Əliyev aprelin 16-da Yevlax rayonuna səfər edib.

Azinforum.az-ın xəbərinə görə, Prezdent Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Mingəçevir-Mingəçevir stansiyası hissəsinin açılışında iştirak edib. Dövlət başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxıb.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına tikinti və yenidənqurma işlərilə bağlı məlumat verib. Bildirib ki, tikinti işləri nəticəsində yol yatağının eni 12 metrdən 15 metrə qədər genişləndirilib. Hərəkət hissəsinin eni 7,5 metr, hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 metrdir. Mingəçevir-Mingəçevir stansiyası avtomobil yolunda bütün tikinti işləri texnoloji ardıcıllığa riayət edilməklə başa çatdırılıb. Yol nişanları və məlumatverici lövhələrin quraşdırılması, həmçinin yol cizgi və yolgöstərici xətlərin çəkilməsi işləri yerinə yetirilib. Mingəçevir-Bəhramtəpə avtomobil yolunun bu hissəsində Kürəkçay üzərində biraşırımlı körpünün, 26 dairəvi borunun və digər infrastrukturun yaradılması işləri uğurla icra olunub.

Qeyd olunub ki, Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Mingəçevir şəhəri-Mingəçevir dəmir yolu stansiyası arasındakı hissəsinin yenidən qurulması ilə vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz gediş-gəlişi təmin olunub.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

 

Həmçinin oxuyun

Çoxuşaqlı ailələrin sayı niyə azalır? – Videosorğu

Azərbaycanda çoxuşaqlı ailə modeli tarixə qovuşmaq üzrədir. Ölkədə doğulan uşaqların sayı, eləcə də ailədə 3, …

Bir cavab yazın