Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib

Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar prezident İlham Əliyev, dövlət və hökumət nümayəndələri Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər.

APA-nın xəbərinə görə, dövlət başçısı məzarın önünə əklil qoyub. Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra prezident İlham Əliyev akademik Zərifə Əliyevanın, eləcə də görkəmli dövlət xadim Əziz Əliyevin və görkəmli alim Tamerlan Əliyevin məzarlarını ziyarət edib.

Məzarların önünə əklillər, gül dəstələri qoyulub.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın