Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Polis rəisi otel tikdirdi və fəhlələrə “pul atdı”

Polis rəisi otel tikdirdi və fəhlələrə “pul atdı”

Ucar rayon sakini İlyas Əhmədov Oğuz Rayon Polis Şöbəsinin rəisi Tahir Quliyevin ailəyə məxsus maliyyə vəsaitini verməməsindən şikayət edir.

Onun sözlərinə görə, bu ilin yanvar-iyun aylarında özü, atası, iki qardaşı və daha 10 nəfər fəhlə olmaqla Bərdə rayonunda polis rəisinə məxsus “Qızıl balıq” otel-restoranının tikintisində kafel-metlax və taxta işləri aparıblar. 5 ha-dan çox ərazini əhatə edən həmin otel -restoranda böyük binalar, 15 ədəd kotec, çoxsaylı köşklər olub. Rəis (Tahir Quliyev o vaxt Ucar Rayon Polis Şöbəsinin rəisi olub) bütün işlərə görə Əhmədovlar ailəsinə 7250 manat pul verməliymiş.

İşlər tamam olduqdan sonra T Quliyevdən pullarını istədikdə rəis bu adamları həbs edəcəyilə hədələyib. Rəis pulları vermədiyi üçün İ.Əhmədov ailəyə məxsus “Ford” markalı maşını 5500 manata sataraq fəhlələrin pulunun bir hissəsini verib.

T.Quliyevin 10 min başdan çox qoyun sürüsünə, Bərdədə iki quşçuluq broylerinə sahib olduğunu deyən İ.Əhmədov bu qədər varidatın müqabilində 4 nəfər şəxsin zəhmət haqqını mənimsədiyini bildirir.

İ.Əhmədov mətbuata bu müraciətə qədər dövlət başçısına, nazir Ramil Usubova müraciət ünvanlayıb.

“Milyonlarla manat var-dövləti olan Tahir Quliyevin bizə olan borcunu almaqda bizə kömək edin”, – Əhmədovlar ailəsi qeyd edir.

DİN mətbuat xidmətindən “Turan”-a bildirilib ki, əgər nazirə müraciət edilibsə araşdırılıb cavab verilər, yox müraciət olmayıbsa, müraciət edilsin və məsələ araşdırılsın.

Həmçinin oxuyun

Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu …

Bir cavab yazın