Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Cəmiyyət / Oğul evləndi və prorektor qızı olan anasını küçəyə atdı

Oğul evləndi və prorektor qızı olan anasını küçəyə atdı

Mədəniyyət və İncəsənət Universitetinin prorektoru olmuş Mehdi Xədivarın qızı Bakıdakı qadın sığınacağına yerləşdirilib.
Bu barədə məlumat Cebhe.info-ya “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova verib.
Birlik sədrinin sözlərinə görə, keşməkeşli həyat yaşayan 1962-ci il təvəllüdlü, iki övlad anası Yeganə Seyidova oğlu tərəfindən tərk edilərək Birliyin sığınacağında yaşamağa məcbur olub: “Yeganə Seyidova ailənin tək qızı olub və atası özünə məxsus olan bütün mal-mülkü qızının həyat yoldaşının adına sənədləşdirib. Yeganə Mehdi qızı Seyidova Mədəniyyət və İncəsənət Universitetinin prorektoru olmuş Mehdi Xədivarın qızıdır. O, evin tək övladı olduğundan vaxtilə ailəsi onu kifayət qədər mal-mülklə təmin edib. Əslən İrandan olan ailə tək qızı ərə getdikdən sonra kürəkəni də həmin evə gətirib. Bir müddət sonra ailə Bakıda olan mülkünü sataraq daimi yaşamaq üçün İrana köçüb. Amma Yeganə Seyidovanın həyat yoldaşına İran vətəndaşlığı verilmədiyindən həmin ölkədə iş qura bilməyib. Bundan sonra ailə Naxcıvana köçüb və Yeganə Seyidovanın həyat yoldaşının adına orda ev alınıb. Amma Yeganə Seyidovanın həyat yoldaşı ailəsini qoyaraq Türkiyəyə gedib və orada başqa bir qadınla ailə həyatı qurub. İki övlad anası olan Yeganə Seyidova dolanışıq üçün işləməyə məcbur qalıb. Yeganə Seyidovanın oğlu evlənəndən sonra Türkiyəyə yollanaraq atasından Naxçıvandakı evin satılmasına dair etibarnamə alıb. Ananın yaşadığı və özünün də böyüyüb boya-başa çatdığı evi sataraq ana ilə bacısını evsiz qoyub. Özü isə evləndiyi xanımın evində yaşamağa başlayıb. Yeganə Seyidova Bakıya gələrək işləməyə və qızına baxmağa başlayıb. Daha sonra qızı ailə həyatı quraraq İranda məskunlaşıb. Hazırda oğlu tərəfindən tərk edilən ana küçədə qalmağa vadar olub, çünki əvəlki kimi iş imkanı yoxdur”.
Qızının İrandakı evinə sığınmaq istəməyən ana sığınacaq kimi “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyini seçib.

Həmçinin oxuyun

“30 ildir çatladıq, Əliyevdən “vur” əmri, gəlincə rahatladıq…”

Azərbaycanın Qarabağda apardığı 44 günlük savaş ərzində qardaş Türkiyə dövləti və xalqı bu haqq savaşına …

Bir cavab yazın