Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Cəmiyyət / Nizami rayonununda 2016-cı ilin 9 ayının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib

Nizami rayonununda 2016-cı ilin 9 ayının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib

Azinforum.az xəbər verir ki, Nizami Rayon İcra Hakimiyyətində 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak ediblər.
Yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq, oktyabr ayının 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclasında ölkə başçısı 2016-cı ilin dünya iqtisadiyyatı üçün ağır olmasına və böhranlı vəziyyətin davam etməsinə baxmayaraq, respublikamızın iqtisadiyyatının uğurla inkişaf etdiyini və ölkə qarşısında duran vəzifələrin həll olunduğunu, ölkədə sülh, əmin-amanlıq, təhlükəsizliyin hökm sürdüyünü, insanların rahat yaşadığını, quruculuq işlərinin aparıldığını, şəhərlərin gözəlləşdiyini və abadlaşdırıldığını bildirdiyini qeyd edib. A.Qasımov 2016-cı ildə ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan demokratik, ədalətli, tam şəffaf şəkildə referendumun keçirildiyini, Azərbaycan xalqının referendumun nəticələrini dəstəklədiyini nəzərə çatdırıb.

 

 

ar2
A.Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ilin 9 ayı ərzində rayonumuzda 4 dəfə olduğunu, Mikayıl Əliyev küçəsində aparılan yenidənqurma işləri ilə, 8-ci Kilometr qəsəbəsindəki Heydər bağında yenidənqurmadan sonrakı işlərlə, 109 və 229 nömrəli tam orta məktəblərdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olduğunu, Q.Qarayev prospekti ilə C.Naxçıvanski küçələrinin kəsişməsində inşa olunan çoxmərtəbəli avtomobil dayanacağının istifadəyə verilməsi mərasimində, 12 və 32 nömrəli tam orta məktəblərdə yeni tikilmiş tədris korpuslarının açılışında, Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimində iştirak etdiyini diqqətə çatdırıb.
Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev 2016-cı ilin 9 ayında Nizami rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında hesabatla çıxış edib.

ar3
Bildirilib ki, rayonda istehsal edilmiş sənaye məhsulunun həcmi 5,5 faiz artaraq 364,3 milyon manat, ixrac olunmuş malların dəyəri 1,3 milyon manat, yerinə yetirilən podrat işlərinin həcmi 38,8 faiz artaraq 315,2 milyon manat, əsas kapitala yönəldilən investisiyanın həcmi 64,4 milyon manat, pərakəndə ticarət dövriyyəsinin həcmi 3,1 faiz artaraq 1775,9 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 4,3 faiz artaraq 189,3 milyon manat, rabitə sahəsində göstərilən xidmətlərin həcmi 2,7 faiz artaraq 242,0 milyon manat, nəqliyyat sahəsində göstərilən xidmətlərin həcmi 8,4 faiz artaraq 106,8 milyon manat olub. Həmçinin rayonda hesabat dövründə 1715, ümumilikdə 2003-cü ildən bu günə kimi 31375 iş yeri açıldığı, orta aylıq əmək haqqının 12,8 faiz artaraq 595,1 manat olduğu qeyd edilib. Bundan əlavə, ictimai-siyasi və humanitar, xidmət və təsərrüfat sahələri üzrə görülən işlər barədə hesabat verilib.
Sonra “Azəristiliktəchizat” ASC-nin 16 saylı İstilik Sistemləri İstismar Sahəsinin rəisi Mustafa Əhmədov, Nizami Enerji Təchizatı və Satışı İdarəsinin İstismar Şöbəsinin müdiri İmran Məmmədov, Nizami Sukanal İdarəsinin baş mühəndisi Anar Quliyev rəhbərlik etdikləri sahələr üzrə 9 ay ərzində görülmüş və qarşıda duran işlər barədə məlumat veriblər.

ar4
Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov çıxış edərək, Prezident cənab İlham Əliyev tərəfindən aparılan uzaqgörən siyasət nəticəsində respublikamızın dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutduğunu, sosial, iqtisadi, siyasi, mədəni sahələrdə yüksək göstəricilər və nəticələr qazanaraq qüdrətini daha da artırdığını diqqətə çatdırıblar. Eyni zamanda, rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri barədə fikirlərini söyləyiblər və rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnun olduqlarını bildiriblər.
Çıxışlardan sonra cənab A.Qasımov rayonun abadlaşdırılması və qarşıda duran problemlərin aradan qaldırılması üçün aidiyyəti təşkilatlara müvafiq tapşırıqlarını verib.
Sonda A.Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülən 201 №-li məktəbin tarix müəllimi Cəfərov Dahid Vəli oğlu və “Zəngi” liseyinin ingilis dili müəllimi Məmmədova Tamilla Əsgər qızını, “Tərəqqi” medalı ilə təltif edilmiş 201 №-li məktəbin tarix müəllimi Kərbalayeva Amanə Eldar qızı və Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktor müavini Əncümənnur Kəmalə İdris qızını təbrik edərək hədiyyələr təqdim edib.

Həmçinin oxuyun

Elmar Məmmədyarovun oğlu əcnəbi ilə evləndi – FOTOLAR

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun oğlu Riyad Məmmədyarovun toyu olub.Riyad Məmmədyarov Aleks Zapalla adlı …

Bir cavab yazın