Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Cəmiyyət / Nizami rayon məktəblilərinin “Ölkəmizi tanıyaq” adı altında Lənkəran-Masallı-Astara bölgələrinə yolasalma mərasimi keçirilib

Nizami rayon məktəblilərinin “Ölkəmizi tanıyaq” adı altında Lənkəran-Masallı-Astara bölgələrinə yolasalma mərasimi keçirilib

Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” adı altında keçirilən növbəti VI maarifləndirici tur-aksiyası çərçivəsində 17 noyabr 2016-cı il tarixində Nizami rayon məktəblərindən seçilmiş 40 nəfər istedadlı, fəal və əlaçı şagird Lənkəran-Masallı-Astara istiqamətində yola salınıblar. Məlumatı Azinforum.az-a rayon İcra Hakimiyyətindən veriblər.
Yolasalma mərasimində ilk öncə rayon rəhbərliyi, təhsil işçiləri, valideynlər və tur-aksiya iştirakçıları Rayon İcra Hakimiyyətinin inzibati binasında ümummilli lider Heydər Əliyevin büstü önündə xatirəsini yad ediblər.

a1
Mərasimdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova tur-aksiyanın əhəmiyyətindən danışaraq, bu layihənin məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və Azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verdiyini, şagirdlərdə həm də xalqımızın malik olduğu çoxəsrlik tolerantlıq, multikultural dəyərlər barədə hərtərəfli təsəvvür formalaşdığını diqqətə çatdırıb.
G.İsrafilova bildirib ki, 17-20 noyabr tarixində keçiriləcək tur-aksiyada əvvəlcədən tərtib olunmuş proqram əsasında şagirdlər Lənkəran-Masallı-Astara bölgəsində qədim tarixi, mədəniyyət abidələri, Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və s. obyektlərlə tanış olacaqlar.
Yolasalma mərasimində çıxış edən 210 nömrəli tam orta məktəbin direktoru Yaşar Mirzəliyev, şagird Vüqanə Nurəliyeva və valideyn Lalə Babayeva gənc nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsi, onların tərbiyəli, savadlı və vətənpərvər böyüməsi istiqamətində görülən işlərə, həmçinin şagirdlərin dünyagörüşünün yüksəlməsində mühüm əhəmiyyət kəsb edən maarifləndirici tur-aksiyaların təşkilinə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Milli Məclisin deputatı Sədaqət Vəliyeva xalqımızın gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açaraq, təşkil edilən bu aksiyanın məktəblilər üçün tariximizi, mədəniyyətimizi öyrənmək üçün gözəl bir fürsət olduğunu və ölkəmizdə dövlətinə, xalqına, milli-mənəvi dəyərlərinə bağlı savadlı, vətənpərvər bir nəslin yetişdiyini qeyd edib.

a2
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov bu maarifləndirici tur-aksiyalar çərçivəsində məktəblilərin ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində əldə edilmiş uğurlarla, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı əldə edəcəklərini diqqətə çatdırıb.

 

a3
A.Qasımov tur-aksiya iştirakçılarına yaxşı yol arzulayıb, bu tur-aksiya çərçivəsində keçirilən bütün tədbirlərdə onların fəallıqla seçiləcəklərinə ümid etdiyini bildirib, ən əsası doğma Azərbaycanımızın yeni bir dilbər guşəsi ilə yaxından tanış olacaqlarını qeyd edib.
Mərasim Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin təqdim etdiyi konsert proqramı ilə davam edib.
Sonra şagirdlər onlar üçün ayrılmış avtobusla Lənkəran-Masallı-Astara istiqamətinə yola salınıblar.

Həmçinin oxuyun

Tağı Əhmədov “aristokratların xəstəliyi”ndən müalicə olunur

Hakim partiyanın Yasamal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun səhhəti ağırlaşıb, sağlıq …

Bir cavab yazın