Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Pənah Hüseyndən hakimiyyətə dəstək: “Doğru addım hesab edirəm”

Pənah Hüseyndən hakimiyyətə dəstək: “Doğru addım hesab edirəm”

Məlum olduğu kimi, 2017-ci ilin dövlət büdcəsinin xərclər hissəsinə dəyişiklik olunub və hərbi xərclər 1 milyard manat artırılıb. Maraqlıdır, hazırda iqtisadi-maliyyə durumu o qədər də ürəkaçan olmayan Azərbaycanda hərbi xərclərin 1 milyard manat artırılması nə dərəcədə doğrudur?
Moderator.az-a açıqlama verən AXP sədri Pənah Hüseyn bu qərarı təqdir etdiyini vurğuladı:
“Hərbi xərclərin artırılmasını doğru addım hesab edirəm. Torpaqlarının 20%-ni itirən, Ermənistanla faktiki olaraq müharibə şəraitində olan Azərbaycanın güclü orduya ehtiyacı var. Bu isə hərbi-müdafiə xərclərinin artırılmasının tələb edir. Odur ki, hərbi xərclərin artırılmasını prinsipcə düzgün qərar hesab edirəm”.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın