Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Cəmiyyət / Naxçıvanda dövlət qulluqçuları and içdi

Naxçıvanda dövlət qulluqçuları and içdi

Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən vakant vəzifələrin tutulması üçün elan olunumuş müasbiqələrdə müvəffəqiyyət qazanaraq ilk dəfə dövlət qulluğuna qəbul olunan 49 nəfərin təntənəli andiçmə mərasimi keçirilib.

Naxcivantv.az xəbər verir ki, keçirilən andiçmə mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli dövlət qulluqçularını təbrik etdi.
Sonra müsabiqəni uğurla başa vurmuş və dövlət orqanlarında işə başlamış namizədlər Azərbaycan respublikasına sadiq olacaqlarına, onun konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlətçiliyi və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun sürətdə və dövlətin mənafeyi naminə həyata keçirəcəklərinə təntənəli sürətdə and içdilər.
Andın mətnini imzalayan dövlət qulluqçularına andiçmə vərəqləri təqdim edildi, xatirə şəkli çəkdirildi.
Sonra mərasim iştirakçıları Dövlət Bayrağı Muzeyi ilə tanış oldular.
Xatırladaq ki, bu gün and içən dövlət qulluqçularıNaxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində, Dövlət Statistika Komitəsində və Sahibkarlığa Kömək Fondunda fəaliyyət göstərəcəklər.

Naxçıvanda dövlət qulluqçuları and içdilər

Həmçinin oxuyun

Atəş səslərinin müşayiəti altında mahnı oxuyan əsgərlərimiz – VİDEO

Bir-birinin ardınca işğal olunmuş yaşayış məntəqələrimizi azad edən ordumuzda ruh yüksəkliyi hiss olunur.  Sosial şəbəkələrdə …

Bir cavab yazın