Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Mirəhməd Abbasov deputatı və iş adamını necə şantaj edir? – 165 minlik qalmaqalın izi ilə…

Mirəhməd Abbasov deputatı və iş adamını necə şantaj edir? – 165 minlik qalmaqalın izi ilə…

Son günlər Azərbaycan mətbuatında millət vəkili Rafael Cəbrayılovla bağlı bir iddia yazılmaqdadır. Deputatın bir xanım iş adamından 267 min manat borc alıb qaytarmadığı bildirilir. Bu iddiaya cavab verən isə R.Cəbrayılovun yaxın adamı, prokurorluq sistemindən xaric edilmiş Mirəhməd Abbasovdur. Maraqlıdır ki, deputat məsələ ilə bağlı susqunluğunu qorusa da, M.Abbasov redaksiyaları qarış-qarış gəzərək, hamını bu məsələnin Rafael Cəbrayılovla əlaqəsinin olmadığına inandırmaq istəyir. Ancaq ortada bir əmma var.
Belə ki, bu qalmaqalın o biri tərəfində dayanan Lombard firmasının direktoru Məlahət Qurbanovanın sözlərinə diqqət yetirdikdə, onun Rafael Cəbrayılovu deyil, məhz M.Abbasovu suçladığını görmək mümkündür. Sitat: «Mirəhməd Abbasov həm tələbə yoldaşım olub, həm də bu hərəkətləri ilə daha da etibarını artırıb. Lakin 2013-cü ildə o, mənə bildirdi ki, deputat Rəfael Cəbrayılov və qardaşı Elşən Cəbrayılovla şərikli bina inşa edirlər. Və tikinti işlərini davam etdirmək üçün onlara pul lazımdır. Mən də Mirəhmədə etibar etdiyim üçün ona 165 min manat pul verdim». Zərərçəkən şəxs qeyd edir ki, Mirəhməd Abbasov onu inandırmaq üçün Rəfael Cəbrayılovun inşa etdirdiyi binadan dəyəri 300 min manat olan qeyri-yaşayış binasının müqaviləsini, kassa mədaxil qəbzini, Abşeron rayon İcra Hakimiyyətindən tikintiyə icazə sənədlərini və layihəsini təqdim edib. «Mən həm də ona şahid oldum ki, tikinti işlərini aparan «Dərhal» MMC-nin direktoru deputat Rəfael Cəbrayılovun qardaşı Elşəndir. Hətta bir dəfə deputatın sürücüsü olan Vüqar gəlib məndən pul da götürdü. Lakin aradan 1 ildən çox vaxt keçməsinə baxmayaraq, nə Mirəhməd Abbasov, nə Rəfael Cəbrayılov, nə də Elşən Cəbrayılov pullarımı qaytarmırlar».
Göründüyü kimi, burada M.Qurbanova ilə R.Cəbrayılovun arasında qara pişik rolunu oynayan Mirəhməd Abbasovdur. M.Qurbanova heç bir çıxışında deputatı birbaşa ittiham etmir, M.Abbasovu onun etimadından sui-istifadə etməkdə suçlayır və tələbə yoldaşının ona dediyi sözlərə və şoferi ilə aparılan əməliyyata görə, deputatın bu işin arxasında olduğuna inandığını qeyd edir. Fəqət M.Abbasov özünü kənara çəkərək, bütövlükdə müdafiə taktikasını R.Cəbrayılov və qardaşının üzərində qurur. Sanki Məlahət Qurbanova buna güldən ağırsöz deməyib, yalnız deputatı ittiham edib. Halbuki M.Qurbanova və Osman Hacıyevin açıqlamalarında əsas ittiham edilən şəxs Mirəhməd Abbasovun özüdür.
Hətta həmin yazıları diqqətli şəkildə araşdırdıqda görmək olur ki, qarşı tərəfin deputatla bağlı iddialarında da M.Abbasovun payı kifayət qədərdir. Belə ki, millət vəkilinin Təhsil Nazirliyinin yaxınlığında, Binəqədi “Gənclər Şəhərciyi”ndə binalar tikməsini sıravi vətəndaş hardan bilsin? Yaxud, deputatın fermer təsərrüfatının donuzçuluq ucbatından batdığını, “halalını haramla yuduğunu” lombard işçiləri haradan bilə bilərdilər? Axı ona bu qədər xəyanətinə rəğmən arxa dayanmaqdan çəkinməyən haqqında “başıbatmış” və daha ağır ifadələr işlətdiyinin şahidləri sadəcə lombard işçiləri deyil. R.Cəbrayılovun qardaşının imzası ilə mənzillərin sənədlərini o verməsəydi, bu gün hansı əsasla “Dərhal” MMC müzakirə mövzusu olacaqdı? Hər dəfə pul istəməyə gəldiyində, “başıbatmışa pul lazımdır”, “başıbatmış yenə acıb” deyə, bayağı zarafatlarla insanlarda ikrah hissi oyadan bu şəxs nə tez “Mən Türkiyədəki evin təmiri üçün gedirəm. Aylıq geciksə, “başıbatmış”ın bu nömrələrinə zəng edin, göndərsin” sözlərini nə tez unudub?
Yaxud, R.Cəbrayılovun “AGBank”a borc əvəzinə mənzillər verməsini sən deməsəydin, Çingiz Əsədullayev və Eldar Mahmudovla deputatın isti münasibətinin olması ilə bağlı danışmasaydın, bütün bunlardan kimin xəbəri olacaqdı?
Axı həm Türkiyədə, həm Azərbaycandakı onlarla evinin, xüsusilə, özünün dediyi kimi Yasamaldakı “Dubleks”inin alınmasında bu şəxsin yardımı danılmazdır. Tərifləyə-tərifləyə bitirə bilmədiyin 20 min dollarlıq mərmər masanı R.Cəbrayılovdan oğurladığın pulla almamısanmı? Hansı prokurorluq işçisinin sənin sərvətinə çatacaq qədər malı-mülkü var?
Tutalım, aylıq 500 manat maaşı olan Vüqar Hümbətov iş adamı imiş. O zaman sən niyə onun aylıqlarını ödəyirdin? O, R.Cəbrayılovun, sən də onun sürücüsüydün?
Hər kəs bilir ki, 6 fevral 2014-cü ilə qədər R.Cəbrayılovun əleyhinə təxribatı hazırlayan sən idin. O vaxta qədər ortalarda olmayan Vüqar Hümbətovu tapıb gətirən, deputata qarşı birgə hücum təşkil etmək istəyən, pulların Rafael Cəbrayılov üçün alındığını yazdıran da sən idin. İndi bütün bunları inkar etsən də, bir gün yalançı olduğunu səni qoruyanlar da anlayacaq…
Lombard firmasına R.Cəbrayılovun sürücüsü olaraq təqdim etdiyin, deputatın qardaşının tikdirdiyi evdə yaşadığını bildirdiyin Vüqar Hümbətova yazdırdığın iltizamı unutmusanmı? Bu qədər R.Cəbrayılovu çox istəyirdinsə, nə üçün M.Qurbanovaya deputata qarşı birlikdə mübarizə təklif edirdin?
Bu gün özünü dövlətsevər, hakimiyyəti sevən kimi göstərən şəxsin əsl simasının 2003-cü ildə açıldığından heç kimin xəbərinin olmadığınımı sanır? Tərbiyyəsizcə, “Ayaqları qabaqda gələcək” ifadəsini işlədən şəxs bu gün hansı iqtidaryönlülükdən danışır?
Üstəlik, qarşı tərəfi rəsmi şikayət etməməkdə suçlamaq da məharətlə qurulmuş bir oyundur. Belə ki, üç aydan bəri Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə bu barədə şikayət edilib. Fəqət nə sirrdirsə, bu idarə məsələ ilə bağlı cinayət işini qaldırmaqda tələsmir. Əvəzində isə Mirəhməd Abbasov bir zamanlar Lombarda gətirdiyi Vüqar Hümbətovla bağlı şikayət edərək, guya bu “iş adamı”nın onları aldatdığını bildirib. Yəni, bütün cinayətlərini Vüqar Hümbətovun üzərinə yıxaraq, özünü qurtarmağa çalışır. Həm də, dəfələrlə aldatdığı və xəyanət etdiyi deputatın əli ilə… Ancaq haqq nazilsə də, üzülməyəcəyinə inam çoxdur. Hüquqşünas olması ilə öyünən Mirəhməd Abbasov yəqin ki, Cinayət Məcəlləsinin 178-ci maddəsini də gözəl bilir. Bu qədər oyundan sonra bu maddə ömür tarixçəsində ciddi yer tuta bilər.
Mövzuya qayıdacağıq.
Azerinfo.org

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın