Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Cəmiyyət / Mehdiabaddakı “Nicat” marketdə vətəndaşa iylənmiş kəsmik satıblar – FOTOLAR

Mehdiabaddakı “Nicat” marketdə vətəndaşa iylənmiş kəsmik satıblar – FOTOLAR

Abşeron rayonu Xırdalan şəhərində yaşayan Məmmədov Azər adlı vətəndaş Mehdiabad qəsəbəsində yerləşən “Nicat” adlı marketdə ona vaxtı keçmiş kəsmiyin satıldığı ilə bağlı Azinforum.az-a şikayət edib. Vətəndaş bildirir ki, o, ailəsi üçün növbəti alış-verişi etdikdən sonra evinə gəlib: “Bir neçə dəfə həmin marketdən mal almışam. Çox böyük mağazadı. Adətən dövriyyənin çox olduğu yerdən mal alıram ki, köhnəlmiş olmasın. “Nicat”  marketdən aldığım  “Amal” adlı firmanın istehsal etdiyi kəsmiyi açanda üfunət iyi evi bürüdü. Gördük ki, kəsmik tamamilə bərbad hala düşüb. Sizi inandırım ki,  göyərmiş və kif atmış kəsmiyi kim yesəydi həmin dəqiqə dünyasını dəyişərdi. Zay məhsulu götürüb “Nicat” marketə getdim. Çox qaba və kobud rəftarla qarşılaşdım. Mənə dedilər ki, onların bu məsələdə təqsiri yoxdu. Məhsul zaydısa istehsalçı şirkət günahkardı. Mağazanın rəhbərliyi adından mənimlə danışan  başı bağlı bir xanım dedi ki, gedin hara istəyirsiniz şikayət edin. Çox ciddi bir məsələdi.

Bəlkə , mənim övladım onu yeyərdi. Axı, belə məhsulu satmaq olmaz! Mən mətbuat vasitəsilə aidiyyəti qurumlardan  bu məsələyə əncam çəkilmələrini xahiş edirəm. Gözlərini pullun örtdüyü market yiyələrinə əhaliyə vaxtı kemiş məhsulları satmağa heç kim icazə verə bilməz. Yaxın günlərdə həmin marketi məhkəməyə verəcəm”.

Azinforum.az olaraq qeyd edirik ki, vətəndaş bizə şikayətində vurğuladığı məqamları sübüut edən fotoları da təqdim edib. Mövzu ilə bağlı şikayətdə adı hallanan “Nicat” marketin və aidiyyəti qurumların da münasibətini öyrənməyə çalışacayıq.

k2k4k1

Həmçinin oxuyun

Bərdə terrorunda yaralananlar hadisənin dəhşətlərindən danışdılar – VİDEO

Oktyabrın 28-i saat 13 radələrində Ermənistan silahlı qüvvələrinin atdığı “Smerç” tipli reaktiv raket zərbəsi nəticəsində …

Bir cavab yazın