Cümə , İyul 19 2019
Ana səhifə / Cəmiyyət / LƏMAN SÜLEYMANOVA NÖVBƏTİ GÖRÜŞÜNÜ KEÇİRDİ – YENƏ İŞIQ “SÜRPRİZİ” (FOTOLAR)

LƏMAN SÜLEYMANOVA NÖVBƏTİ GÖRÜŞÜNÜ KEÇİRDİ – YENƏ İŞIQ “SÜRPRİZİ” (FOTOLAR)

Bu gün 85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizə olan, tanınmış  həkim- dietoloq Ləman Süleymanovanın seçicilərlə növbəti görüşü olub. Xanım namizədin seçki qərərgahından Azinforum.az-a verilən məlumata görə, namizədin sayca ikinci görüşü Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin inzibati binasında baş tutub. Ləman Süleymanova  auditoriya qarşısında çıxış edərək, öz platformasını açıqlayıb. Sonra tanınmış incəsənət nümayəndələrinin ifalarında şən mahnılar dinlənilib. Görüş zəngin konsert proqramı ilə davam edib.

Namizədin seçki qərargahından verilən məlumata görə, bu dəfəki görüşdə də tədbirin keçirildiyi zalda elektrik enerjisinin verilişi dayandırılıb:

“Biz məcbur olduq tədbirimizi generator vasitəsilə keçirdik. Bizim Həmyə kəndində baş tutan birinci görüşümüz zamanı da kənddə işıqları söndürmüşdülər. Həmin hadisə əksər informasiya portallarında işıqlandırılsa da, Ləman xanıma qarşı ikinci maneəyə cəhd göstərildi. İşıqların sönməsində bu qədər təsadüf ola bilməz. Biz qərərgahımızın adından Şamaxı rayon Polis İdarəsinə hər iki görüşdə asayişi yüksək səviyyədə qoruduqları üçün dərin minnətdarlığımızı bildiririk. Ümid edirik ki, növbəti görüşlərimizdə biz yeni maneələrlə rastlaşmayacayıq”.

Qeyd edək ki, sözügedən seçki dairəsində əsas rəqabət millət vəkili Elxan Süleymanovla Ləman Süleymanova arasında gedir.

RÖVŞƏN ƏLİ

AZİNFORUM.AZ

l1

l2

l3

l4l5

l6

l7

Həmçinin oxuyun

Ədliyyə polkovniki Azərbaycandan necə qaçıb? – Açıqlama

Məhkəmə qarşısına çıxarılan ədliyyə polkovnik-leytenantı, keçmiş vəkil Vüqar Poladovun gizli əməlləri üzə çıxıb.   Criminal.az saytının yazdığına …

Bir cavab yazın