Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Araşdırma / KƏBİRƏ MƏMMƏDOVA DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR 46 min dollar mənimsəyib

KƏBİRƏ MƏMMƏDOVA DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR 46 min dollar mənimsəyib

Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova dələduzluqda ittiham olunur.

“Report”un xəbərinə görə, Xəzər rayonu, Mərdəkan qəsəbə sakini Bayram Qurbanov Xəzər Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək K.Məmmədovanın dələduzluq yolu ilə onun 46 min ABŞ dolları pulunu ələ keçirdiyini bildirib.

Faktla bağlı Xəzər RPİ-də araşdırma aparılır.

Binə Ticarət Mərkəzinin hüquqşünası Fuad Cəfərov “Report”a açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirib. Lakin o, K.Məmmədovanın heç kimdən pul almadığını deyib: “Əksinə, Kəbirə xanım daim xeyriyyəçilik əməlləri ilə məşğul olub. Yəni, o çox adama pul verib, lakin heç kimdən pul almayıb”.

Həmçinin oxuyun

Mirşahin Gəncə hadisələrində tutulanlar haqda faktları açıqladı – Video

Real TV-nin rəhbəri Mirşahin Ağayev Gəncə hadisələri ilə bağlı saxlanılan şəxslər barəsində bir sıra məlumatları …

Bir cavab yazın