Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Cəmiyyət / Jurnalisti vəhşicəsinə döyüb xəstəxanalıq etdilər – Azərbaycanda

Jurnalisti vəhşicəsinə döyüb xəstəxanalıq etdilər – Azərbaycanda

Az öncə aldığımız məlumata görə, jurnalist Rasim Əliyev vəhşicəsinə döyülüb. Ona döyənlər isə “Qəbələ” futbol klubunun oyunçusu Cavid Hüseynovun qohumları olublar.
Məsələ burasındadır ki, Avroliqanın III təsnifat mərhələsinin “Qəbələ” – “Apollon” (Kipr) oyunundan sonra Cavid Hüseynov jurnalistlərə müsahibə verib. Bu zaman kiprli jurnalist ona qaldırdığı Türkiyə bayrağı ilə bağlı sual verib. O isə ingilis dilində “türklər mənim dostumdur” deməklə bərabər, əli ilə ədəbsiz jest göstərməklə jurnalistə cavab verib. Həmin an isə görüntülərə düşüb.
Azərbaycanlı jurnalist R.Əliyev də bu görüntülərin yer aldığı xəbəri paylaşaraq, bu sözləri yazıb: “Bu cür əxlaqsız, tərbiyəsiz və özünü idarə etməyi bacarmayan bir futbolçunun, məni Avropa meydanlarında təmsil etməsini istəmirəm”.
Musavat.com xəbər verir ki, hər şey də bundan sonra başlayıb. R.Əliyevin paylaşdığı xəbərin şərh bölməsində uzun mübahisələr gedib. Daha sonra ona zəng edərək, hədə-qorxu gəliblər. Bir müddət sonra C.Hüseymovun özü jurnalistə telefonla zəng edib. Aralarında sakit şəkildə danışıqlar olub. Və məsələ bununla da bitib.
Amma C.Hüseynovun qohumları bununla kifayətlənməyiblər. Onlar jurnalistə zəng edərək, ona hər şeyin qaydasında olduğunu, C.Hüseynovla danışdıqlarını deyiblər və çay içməyə dəvət ediblər. R.Əliyev də bu təkliflə razılaşıb və onlarla görüşməyə gedib.
Amma C.Hüseynovun qanun tanımayan, “lotu” qohumları onu çay içmək üçün yox, döymək üçün çağırıblar. 7-8 nəfər olan və hələ ki, adları məlum olmayan şəxslər, jurnalisti vəhşicəsinə döyərək, xəstəxanalıq ediblər.
R.Əliyevin yaxın dostlarından aldığımız məlumata görə, o, hazırda 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilib. Onun qabırğaları sınıb və sol qulağı eşitmir.
Azinforum.az olaraq həmkarımıza qarşı edilən və heç bir hüquqi normaya sığmayan bu hərəkəti kəskin şəkildə pisləyirik. Hesab edirik ki, bu əməli törədənlər kriminal əmələ yol verməklə yanaşı, eyni zamanda, ölkəmizin  beynəlxalq imicinə də ağır zərbə vurmuş olublar. Çünki hansısa jurnalistlə peşə  fəaliyyətinə görə bu cür “haqq-hesab” çürütmək orta əsr feodal düşüncəsilə eynilik təşkil edir.  Hüquq – mühafizə orqanlarından jurnalistə qarşı edilən cinayətin iştirakçılarının müəyyən olunaraq tez bir zamanda  hüquqi məsuliyyətə cəlb edilməsini xahiş edirik.
Azinforum.az
  • Futbolçu Cavid Hüseynovun qohumları jurnalisti döydülər  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir386/img1873466.jpg' target='_blank'>Yüklə</a>

Həmçinin oxuyun

Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız — VİDEO

Əli Qəmbərov ailədə 3 qardaşdan yaşca ən kiçiyi idi. Arzusu elə orduda qalıb, hərbçi kimi …

Bir cavab yazın