Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / İlham Əliyev: “Nefti, qazı yaddan çıxarın…”

İlham Əliyev: “Nefti, qazı yaddan çıxarın…”

Azərbaycanın bugünkü inkişafı artıq enerji resurslarından yox, qeyri-neft sektorundan asılıdır.

Virtualaz.org xəbər verir ki, bu barədə prezident İlham Əliyev Siyəzən rayonunda yeni turizm obyektinin açılışındakı nitqində bildirib. İ.Əliyev deyib ki, bu səbəbdən dövlət turizm, aqrar sənaye kompleksi kimi sferalara xüsusi diqqət göstərəcək.

“Biz nefti və qazı bir kənara qoymalı, ümumiyyətlə onları unutmalıyıq. Və gün gələcək ki, neftin qiyməti bizim üçün heç bir əhəmiyyət kəsb etməyəcək. Ona görə ki, sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişaf edir və daha da yüksək templərlə inkişaf etməlidir”-prezident dünya bazarlarında neftin kəskin ucuzlaşmasına toxunaraq bildirib.

Dövlət başçısı turizmin inkişafında infrastrukturun mühüm əhəmiyyət kəsb etdiyini, ölkənin şəhərlərində Bakıdakı kimi müasir infrastrukturun yaradılmasının vacibliyini də qeyd edib.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın