Bazar , Yanvar 17 2021
Ana səhifə / Cəmiyyət / “İMAM RZA”  MƏSCİDİNDƏ MEYİTİ YUYULAN  ÖLÜNÜN QIZIL DİŞLƏRİ YOXA  ÇIXIB – ŞİKAYƏT

“İMAM RZA”  MƏSCİDİNDƏ MEYİTİ YUYULAN  ÖLÜNÜN QIZIL DİŞLƏRİ YOXA  ÇIXIB – ŞİKAYƏT

Bakının Bakıxanov qəsəbəsindəki “İmam Rza” adlı məsciddə qəribə hadisə baş verib. Bu barədə məlumatı Azinforum.az-a vətəndaş Qaraşov İlkin Nazir oğlu verib. Onun sözlərinə görə, iyunun 29-da, onlar rəhmətə gedən babası  Həsənov Vəli Həsən oğlunu şəriətə uyğun qaydada yuyub-kəfənləmək  üçün sözügedən məscidə aparıblar:

“Babam səhərə yaxın rəhmətə getdiyi üçün,  biz onu səhər 8-9 radələrində məscidə apardıq. Bütün tanıyanlar bilir ki, babamın alt və üst dişləri bütünlükdə qızıl olub. Həyacanlı olduğumuz üçün onun dişlərin büküldüyü parcanı meyitin yanından götürmədik. Meyit yuyulduqdan sonra, həmin mələfənin içində dişlərin olmadığını aşkar etdik. Ölünü yuyan şəxs dedi ki, heç bir diş görməyib. Ancaq əminliklə deyə bilərəm ki, diş həmin otaqda olub. Sonra biz məscidin axundunun yanında olduq. Gördük ki, o da bizi yola verir. İki gündür ki, rəhmətə gedənin dişlərini tapa bilmirik. Bu hadisəni biabırçılıq hesab edirik. Ümidvarıq ki, məscid rəhbərliyi problemi yoluna qoyacaq”.

Azinforum.az olaraq məsələdə adı hallanan məscid rəhbərliyi ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onların da mövqeyini dinləməyə hazırıq.

VİDADİ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Bəhram Bağırzadə Bakının qədim kəndi haqda: “Özümü Avropa şəhərində hiss etdim” – Fotolar

Əməkdar artisti Bəhram Bağırzadə Bakının qədim kəndlərindən biri olan Bibiheybətdə olub. Əməkdar artist kənddə gördüyü …

Bir cavab yazın