Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Cəmiyyət / Hüseynqulu Bağırova yeni səlahiyyət verildi – icra başçıları və bələdiyyə sədrlərini cəzalandıra biləcək

Hüseynqulu Bağırova yeni səlahiyyət verildi – icra başçıları və bələdiyyə sədrlərini cəzalandıra biləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni səlahiyyətlər verilib.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 2015-ci il 29 dekabr tarixli qanunun tətbiqi barədə 2016-cı il 15 fevral tarixli fərmanında dəyişiklik edilməsi haqqında fərmanında əksini tapıb.

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli qanuna əsasən İnzibati Xətalar Məcəlləsinə yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulması barədə inzibati cərimələri nəzərdə tutan 253-1. maddəsi əlavə edilib. Fərmana dəyişiklik bu sahədə səlahiyyətli orqanları müəyyən edir.

Beləliklə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə vəzifəli şəxsləri min manat miqdarında, hüquqi şəxsləri üç min manat miqdarında cərimə etmək səlahiyyəti verilib.

Eyni zamanda yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatların Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə ediləcəklər.

Fərmana əsasən bu sahədə istifadəsində torpaq olan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının da səlahiyyəti müəyyənləşib. İstifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyənin yaşıllıqların götürülməsi barədə qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə ediləcəklər.

Azinforum.az

Həmçinin oxuyun

Dənizdə dalğanın hündürlüyü 6,3 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi saat 21:00-a olan faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb. Nazirliyin …

Bir cavab yazın