Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Cəmiyyət / FAZİL MUSTAFA SOCAR-ı MÜDAFİƏ ETDİ

FAZİL MUSTAFA SOCAR-ı MÜDAFİƏ ETDİ

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza Azərbaycanda yaşanmış ən böyük faciələrdən biridir. Məsələyə dərhal dövlət səviyyəsində reaksiya verildi, Prezidentin Sərəncamı ilə komissiya yaradıldı. İtkin düşənlərin axtarışı və xilasetmə işləri dövlət başçısının şəxsi nəzarətindədir.
Artıq məlumat verilib ki, qəzanın səbəbi hava şəraitinin kəskin pisləşməsi, güclü külək və nəhəng dalğalar olub. Qəza baş verən kimi 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanıb, 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılıb. Lakin boruda olan qalıq qazın hesabına başlayan yanğın genişlənib və güman ki, neft və ya qaz quyularına da keçib.
Bu, təbiətdir, təəssüf ki, insan həmişə onun qarşısında acizdir. Ona görə də belə qəzalar həmişə hər yerdə olur, heç kim onlardan sığortalanmayıb. Bunu son illər olan qəzaların siyahısı da təsdiqləyir.
Məsələn, yada salaq ki, bu il aprelin 2-də “Pemex” şirkətinin Meksika sahilləri yaxınlığında yerləşən “Abkatun A-Permanente” platformasında baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 45 insan yaralanıb.
2012-ci ilin 16 noyabrında Meksika körfəzində Amerikanın “Black Elk Energy” şirkətinə məxsus neft emalı platformasında partlayış olub, sonra yanğın başlayıb. Nəticədə 4 nəfər həlak olub.
2010-cu il aprelin 20-də Meksika körfəzində, Luiziana ştatının sahilindən 80 km. aralıda BP-yə məxsus “Deepwater Horizon” platformasında partlayış və ardınca güclü yanğın baş verib. Nəticədə platformada olan 126 nəfərdən 11-i həlak olub, 17-si yaralanıb. Bu, ABŞ tarixində ən böyük qəzalardan biri idi. 152 gün ərzində körfəzə axan 5 milyon barreldən çox neft əsl ekoloji fəlakət yaratdı.
Yayılan rəsmi məlumatlardan da görünür ki, bu fəlakət isə insan faktoru səbəbindən yox, məhz təbiətin üzündən baş verib.
Hələlik təsəllimiz odur ki, xilasetmə işləri nəticəsində 32 nəfər təxliyyə olunub. Hər halda, xilasetmə işləri düzgün qurulmasa, qurbanların sayı daha çox ola bilərdi.
Gedən ictimai müzakirələrdən görünür ki, bəzi media resursları bu fəlakəti təbiətin doğurduğu faciə kimi yox, texnogen qəza kimi xarakterizə edirlər və bununla da məsuliyyəti SOCAR rəhbərliyinin üzərinə yönəltmək istəyirlər.
Bu iddiaları nə dərəcədə əsaslı saymaq olar?
Millət vəkili Fazil Mustafanın sözlərinə görə, o, Neft Daşlarında və “Günəşli” yatağında hadisə baş verəndən bir gün sonra dərhal dənizdə çalışan tanışlarından məlumat almağa başlayıb: “Hamısı ayrı-ayrılıqda təqribən eyni səbəb və nəticəni təsvir etdilər və təsadüf elə gətirdi ki, çərəz almaq üçün girdiyim marketdə təsadüfən orta yaşlı Borçalı əsilli bir tanımadığım qardaşımız yaxınlaşdı və fəaliyyətimizlə bağlı xoş sözlərini söylədi. Peşəsini soruşdum, dedi ki, dənizdə işləyirəm, neftçiyəm. Marağımı çəkdiyinə görə ondan da baş verən hadisə barədə soruşdum. Söylədi ki, hadisə məhz onun işlədiyi platformada baş verib. Üç gündən sonra dənizə iş yerinə getməliymiş. İlk maraqlandığım bu oldu ki, “Günəşli” yatağında baş verənlər səhlənkarlıq və ya təhlükəsizlik tədbirlərinin olmamasından baş verib, yoxsa başqa bir səbəb var? Bildirdi ki, təbiətin şıltaqlığından meydana gələn bir qəza olub, küləyin sürəti və dalğaların hündürlüyü bir xilasedici qayığın digərinə çırpılmasına səbəb olub və bu faciə yaşanıb. Məlumatı da oradan təxliyyə olunmuş dostlarından alıb. Neft Daşlarında isə tufan otaq-budkanı götürüb dənizə atıb və üç nəfər də orada faciə qurbanına çevrilib. Qeyd etdi ki, buna bənzər bir faciə də 1957-ci ildə də yaşanmışdı və 22 nəfər ölmüşdü. Səlahiyyətli şəxslərin brinfinqini və ayrı-ayrı açıqlamaları da dinlədim. Yəni anlaşıldı ki, bu cür risqlərdən heç bir ölkə sığortalanmayıb. Bəlkə də sonrakı araşdırmalar hansısa səhlənkarlıq və ya məsuliyyətsizlik, texniki təhlükəsizlik və yaxud xarici qüvvələrin təxribat əməli faktını üzə çıxaracaq, ancaq indilik inandığım budur ki, bu bir qəzadır, talesizlikdir, qarşısıalınmaz dəniz canavarının ölkəmizə yaratdığı problemdir.
Bunları niyə qeyd edirəm? Özünü siyasət arenasında barışmaz mogikan hesab edən, rejimə qarşı mübarizə simvolu kimi göstərən bir qrup şəxs və tərəfdarlarının apardığı təbliğatda həqiqətən insan faciəsindən, baş verən qəzadan, xırım-xırda da olsa, bir şeylər qazanmaq məqsədini görərək acımalı olursan”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“30 ildir çatladıq, Əliyevdən “vur” əmri, gəlincə rahatladıq…”

Azərbaycanın Qarabağda apardığı 44 günlük savaş ərzində qardaş Türkiyə dövləti və xalqı bu haqq savaşına …

Bir cavab yazın