Bazar , Avqust 25 2019
Ana səhifə / Cəmiyyət / Estetik əməliyyatların  fəsadları və faydalarına peşəkar baxış – “Insanların xeyrinə və zərərinə yönələn hallar estetik sahədə mövcuddur” (Müsahibə)

Estetik əməliyyatların  fəsadları və faydalarına peşəkar baxış – “Insanların xeyrinə və zərərinə yönələn hallar estetik sahədə mövcuddur” (Müsahibə)

Azinforum.az estetik əməliyyatların günümüzdə rolu və əhəmiyyəti ilə bağlı

“VMR MEDİCAL CENTER”-in  tibbi direktoru Gülüsüm Əliyeva ilə olan özəl müsahibəni təqdim edir.

 – Gülsüm xanım, bu gün müasir həyatımızda estetikanin rolu və əhəmiyyəti nədən ibarətdir?

– Bilirsiniz ki, bu gün həyatımızda bütün sahələrdə sürətli inkişaf prosesləri getməkdədir. Demək olar ki, hər bir sahədə hər zaman yeniliklər bəzən insanların xeyrinə, bəzən isə zərərinə yönəlmiş olur. Eynilədə estetik əməliyyatlar və əməliyyatsız estetika hər gün yenilənir. Yeni üsullar və yeni məhsullar ehtiyacı olan təbəqəyə təqdim olunur. Bu yeniliklər əksər hallarda insanların həyatlarını əhəmiyyətli dərəcədə dəyişir. Bilirsiniz ki, bu gün bəylərimiz gözəllik axtarışındadırlar. Onlar xanımlarımızın istər üzlərində, istər saçlarında, istər ayaqlarında və bədən quruluşlarında gözəllik axtarırlar. Belə olan halda xaraktercə çox gözəl olan xanım görünüşündə hansısa estetik qüsura görə öz layiq olduğu həyatı qura bilmir və yaxud qurmuş olduğu xoşbəxtliyi hansısa estetik probləmlərinə görə itirmiş olur. Bu zaman estetik əməliyyatların günümüzdəki rolu və əhəmiyyəti ön plana çıxır.

– Az öncə siz qeyd etdiniz ki baş verən yeniliklər bəzən insanların xeyrinə bəzən isə insanların zərərinə yönəlmiş olur. Sizcə bu estetik sahəyədə aiddirmi? Estetik sahədə yeniliklər hansi formada insanların xeyrinə və zərərinə yönləldilə bilir?

-Bəli , çox təəssüf ki bu həqiqətən belədir. Insanların xeyrinə və zərərinə yönələn hallar estetik sahədə mövcuddur . Bu birbaşa estetik prosedurların icrasında istifadə olunan məhsulların keyfiyyət və proseduru icra edən şəxsin püşəkarlığı ilə bağlıdır. Peşəkar mütəxəssisin tətbiq etdiyi heç bir üsul və məhsul insan sağlamlığına ziyan verə bilməz. Lakin peşəkar olmayan bir şəxsin tətbiq etdiyi üsul və məhsul nə qədər müasir olursa olsun insanların həyatına həm təhlükə, həm də insanlarda fəsadlara düçar olmaların vasitədir.

– Belə olan halda,  gözəlliyin qaygisina qalmaq istəyən bir xanım kompleksdən qurtulmaq üçün nə etməlidir?

-Öncə dogru məkan, peşəkar mütəxəssis və keyfiyyətli məhsul seçməlidir. Dogru məkan, peşəkar mütəxəssis və keyfiyyətli məhsul bunlar birlikdə vəhdət təşkil edirlər. Gözəllik vəhdəti.

– Peşəkar mütəxəssis deyərkən siradan bir ev xanımının bunu nece müəyyən etməsi lazımdır?

-Birinci növbədə hazırda texnologiyanın inkişafı o həddə gəlib ki, istənilən bir həkim, istənilən bir məhsulu araşdırmaq düşündüyümüzdən də asandır. Ele bir ev yoxdur ki, həmin evdə kompyuter və smartfon telefon olmasın. Müasir vasitələrdən istifadə etməklə hər bir xanım istənilən həkim haqqında və istənilən məhsul haqqında ən dəqiq məlumatı toplaya bilər. Burada işin ən əsası saglamlığın və gözəlliyin tanımadığın bir həkimə etibar edilməsi mütləq araşdırılmasıdır. Bu məqamda toxunmaq istəyirəm ki son vaxtlar sosial mediada və KİV də müxtəlif klinikalat tərəfindən və ya fərdi təşəbbüslə həkimlər və məhsullar reklam olunurlar. Buna da diqqət etmək lazimdir ki, aldanmasınlar. Bəzən olur ki, hansısa bir həkim özünün etmədiyi əməliyyatları və prosedurları reklam etməklə insanları aldadırlar. Bu isə çox təhlükəlidir. Biz belə hallarla tez tez rastlaşırıq. Ona görə də mütəxəssis seçərkən öncədən qeyd etdiyim kimi müasir texniki vasitələrdən və yaxın tanışlardan faydalanmaq lazımdır.

– Hansısa estetik əməliyyatın  kiminsə həyatını xilas etməsi hallarına rast gəlinibmi?
-Əlbəttə olub. Mən təkcə öz pasiyentlərimizin timsalında deyə bilərəm ki, adi rinoplastika əməliyyatı gənc bir xanımı depresiyyadan çıxarıb. Onu intihar etmək düşüncəsindən xilas edib. Başqa bir xanım isə həyat yoldaşının onun görünüşünü bəyənməməsinə görə vı burnundakı bir sıra problemlərə görə gecələr xoruldaması səbəbilə əri tərəfindən biganəliyə məruz qalmış və bunun nəticəsində ağır depresiyaya düşmüşdü. Həmin xanım bizim estetik cərrah tərəfindən müayinə olunarkən əgər bu problemlər həllini tapmazsa yaşamaq istəmədiyini bildirmişdi. Biz konsilum apardiq və dərhal psixoloqumuz tərəfindən xanımı sakitləşdirərək əməliyyata hazırladıq. 3 saat sonra əməliyyat nəticəsində xanım həm saglamlığına həm də gözəlliyinə qovuşdu. Estetik əməliyyatın nəticəsində xanım kompleksindən azad oldu və ailədə yoldaşı tərəfindən artıq biganə olmadığını bildirmişdi.

– Estetik əməliyyatlardan narazı qalan xəstələr olurmu? Olursa bunun səbəbini nədə görürlər?
-Çox təəssüf ki, hər on əməliyyatlardan 2-3 əməliyyatda belə hallarla rastlaşırıq. Bu halların baş verməsinin əsas səbəbi əməliyyatın nəticələrinə psixoloji hazır olmamaları, bir qədər tələsmələri və kənardan qeyri peşəkar rəylərin olmasıdır. Çox nadir hallarda isə bu narazılıq əməliyyatın icrası zamanı diqqətdən qaçan müəyyən məsələlərin baş verməsi nəticəsində olur. Məsələn əksər pasieynt estetik əməliyyat olunmalarına qərar verərkən özlərini hansısa məhşura bənzətməyə çalışırlar. əməliyyat bitdikdən sonra gözlərini açarkən özlərinin görüntüsü deyil nəzərdə tutduqları məhşürların görüntüsünü görməyə çalışdıqları üçün ciddi psixoloji sarsıntıya ugrayırlar. Yaxud əməliyyatdan sonra ayılarkən dərhal əməliyyatın nəticəsini görməyə çalışırlar. Hələ üstəlik kənardakı yaxınları tərəfindən qeyri peşəkar münasibət bildirildiyində əməliyyat olunmuş xəstə qərarsızlaşır. Tərəddüdlər psixoloji sarsıntıya ugradır. Bax bu zaman narazılıqlar başlayır. Bele olan halda bır çox təmkinli şəkildə xəstəni sakitləşdırməyə çalışırıq və xəstə əməliyyat etmiş cərrah tərəfindən profilaktik tədbirlərlə yanaşı əməliyyatdan sonrakı sagalma müddəti ardıcıllıqla izah olunur. Belə narazılıqların olmaması üçün həkim mütləq əməliyyatdan qabaq pasiyentlərlə səmimi formada əməliyyatların nəticələri, baş verə bilən fəsadlar barədə danışıq aparmalıdır. Nəzərə almaq lazımdır ki, hər bir halda istənilən gözəlliyin əldə olunması üçün əməliyyat olunacaq və ya əməliyyat olunmuş şəxs yalnız seçdiyi həkimi dinləməli, əməliyyat barədə bütün məlumatları ondan almalı yalniz öz həkiminin tövsiyyələrinə əməl etməlidir. Çox təəsüf ki bəzən xəstələr əməliyyat olunduqdan sonra başqa həkimlərə üz tutur. Qeyri peşəkar qərəzli rəylər xəstənin narahatçılıqına və gərginliyinə səbəb olur. Nə qədər acı olsada bir gərçəyi vurgulamalıyıq ki ölkəmizdə həkimlər arasında sağlam rəqabət deyil, qərəzli intriqaya yol açan münasibətlər yol açır. Bir birini el işini pisləmək, əcnəbi həkimlər haqqında həqiqətə uygun olmayanı danışmaq adət halına çevrilmişdir. Təəsüf ki, bu vəziyyətinin acı nəticəsini danışanlar deyil, xəstələr yaşayırlar. Buna görə də biz həmişə çalışırıq ki, pasiyentlərin maarifləndirilməsi üçün həkimlər arasında saglam bərabərlik formalaşdıraq.

– Gülsüm xanım çox təşəkkür edirik səmimi müsahibə üçün. Sonda xanımlarımıza tövsiyyəniz?
-Tövsiyyə edərdim ki, əməliyyata qərar verərkən seçimlərini düzgün etsinlər. Dogru məkan, peşəkar mütəxəssis və keyfiyyətli məhsul axtarışında olsunlar.

Aytən CEYHUNQIZI

Azinforum.az

 

Həmçinin oxuyun

Krım sözünün yaranması və Krım türklərinin tarixçəsi

Tarix boyu Krım müxtəlif xalqlar tərəfindən idarə edilib. Kimmerlər bu yarımadada e.ə. VII əsrdə məskən …

Bir cavab yazın