Cümə , Oktyabr 23 2020
Ana səhifə / Cəmiyyət / Diaspor sədri qalmaqallı fotosundan danışdı – “Təəssüf edirəm…”

Diaspor sədri qalmaqallı fotosundan danışdı – “Təəssüf edirəm…”

“Çox təəssüf edirəm ki, istirahət mərkəzində çəkdiridiyim fotoları Azərbaycan mətbuatında xoşagəlməz formada təqdim ediblər. Burada qeyri-adi heç nə yoxdur. Bu, sağlamlığa xidmət edən fiziki tərbiyyədir”.

Azinforum.az  xəbər verir ki, bunu Missiya.Az-a açıqlamasında qarın üzərində uzanmış formada fotoları yayılmış Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov nümayəndəliyinin rəhbəri Məcid Nuxiyev deyib. O, sözügedən fotolarının “Diaspor sədri küçədə lüt soyundu” başlıqları altında təqdim olunmasına etiraz edərək, belə xoşagəlməz təqdimatlarlarla çıxış edənləri qərəzli olmaqda günahlandırıb: “Təəssüf edirəm ki, bəzi jurnalistlər bu fotoları çirkin başlıqlarla təqdim ediblər. Əslində mən küçənin ortasında şəkil çəkdirməmişəm. Həmin yer istirahət mərkəzidir. Məgər həmin adamlar yayda dəniz qırağında, otellərdəki hovuzların ətrafında belə formada şəkil çəkdirmirlər? Mən də istirahət mərkəzində çəkdirmişəm. Burada insanlar buz kimi suda üzür və bu da sağlamlığa xidmət edən məşğuliyyət formalarından biridir”.

M.Nuxiyev onu da qeyd edib ki, Azərbaycanın maraqlarına xidmət edən fəaiyyətini görməyənlər nədənsə onun istirahət mərkəzindən paylaşdığı şəkilə daha çox diqqət ayırıblar: “Bu qədər iş görürük. Azərbaycanımızı təbliğ edirik. Ermənilərin haqsız iddialarına qarşı çıxıb, ortaya prinsipial mövqe qoyuruq. Amma bütün bunları görməzdən gəlib, yalnız istirahət mərkəzində çəkdiridiyim fotolara diqqət ayırırlar. Təəssüf edirəm. Gərək belə etməyəydilər”.

Xatırladaq ki, bu il mart ayında Lvovda ermənilərlə azərbaycanlılar arasında baş vermiş davanın səbəbkarlarının müəyyən edilməsi və cəzalandırılmasında M.Nuxiyevin də rolu danılmazdır. O, davadan sonra yaranmış gərginliyin aradan qaldırılması, ermənilərin cəzalandırılması istiqamətində aparlan danışıqların əsas təşəbbüskarlarından biridir. Məhz bu fəaliyyətin nəticəsində Lvovdakı ermənilər azərbaycanılıardan rəsmi şəkildə üzr istədilər.

Həmçinin oxuyun

İşğaldan azad edilən Mincivan qəsəbəsinin əsrarəngiz görüntüləri… – FOTOLAR

Dünən işğaldan azad edildiyi açıqlanan Zəngilan rayonunun Mincivan qəsəbəsinin fotolarını təqdim edirik.Xatırladaq ki, Mincivan qəsəbəsi …

Bir cavab yazın