Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılov həbs edildi – yenilənib

Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılov həbs edildi – yenilənib

Qəbələ”nin futbolçusu Cavid Hüseynovu Facebook sosial şəbəkəsində təhqir etdiyinə görə döyülən və bu gün səhərə yaxın xəstəxanada dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbslər başlayıb.
Bakı Şəhər Baş Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, prosesdə əsas iştirakçı kimi adı keçən futbolçunun bibisioğlu artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Musavat.com-un əldə etdiyi məlumata görə, “Qəbələ”nin sabiq kapitanının həbs edilən yaxın qohumunun (bibisioğlu) ad-soyadı Elşən ismayılovdur. O da peşəkar idmançıdır, bəzi komandaların əvəzedici heyətində oynayıb.
Digər şəxslərin isə yeri müəyyənləşdirilib və yaxın saatlarda onların da saxlanılması istiqamətində tədbirlər görüləcək.
Bu barədə ictimaiyyətə geniş açıqlama veriləcək.

Həmçinin oxuyun

Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu …

Bir cavab yazın