Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Cəlal Əliyevin namizədliyi irəli sürülmədi

Cəlal Əliyevin namizədliyi irəli sürülmədi

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, akademik Cəlal Əliyev deputatlığa namizəd olmayıb.
“Report”un məlumatına görə, YAP akademik Cəlal Əliyevin deputat seçildiyi 62 saylı Saatlı seçki dairəsindən yeni namizəd irəli sürüb. Noyabrın 1-də keçiriləcək parlament seçkisində 62 saylı Saatlı seçki dairəsindən YAP-ın namizədi Nazim Rəşidov olacaq. YAP-ın bu gün açıqlanan deputatlığa namizədlər siyahısında 62 saylı dairədən N.Rəşidov namizəd göstərilib.
N.Rəşidov Saatlı rayonunun Dəqəd Qorqud bələdiyyəsinin sədri işləyib.
C.Əliyev Azərbaycan Milli Məclisinə I-IV çağırış seçkilərdə deputat seçilib.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın