Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / BDM Odessada dörd azərbaycanlı tələbənin güllələnməsinin səbəblərini araşdırır

BDM Odessada dörd azərbaycanlı tələbənin güllələnməsinin səbəblərini araşdırır

Mayın 1-nə keçən gecə Odessanın Lev Tolstoy meydanında İ.Meçnikov adına Odessa Milli Universitetinin sərxoş tələbələri arasında münaqişə baş verib və nəticədə dörd əcnəbi tələbə güllə yarası alıb. Bu xəbəri Ukrayna KİV-i yayıb.

Bildirilir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Milisdən qeyd ediblər ki, atışma bolqar və azərbaycanlı gənclərin mübahisəsinin yekunu olub. Mübahisə zamanı bolqar tələbə qaçıb və həmyerlilərimiz onu təqib etməyə başlayıb. Daha sonra bolqar tələbə üzərində səsboğucu olan döyüş tapançası ilə arxasınca gələnlərə bir neçə dəfə atəş açıb.

Mənbənin məlumatına görə, insident nəticəsində 4 azərbaycanlı tələbə omba, qarın, çiyin və əl nahiyələrindən güllə yaraları alıblar.

İstintaq zamanı müəyyən edilib ki, bolqar tələbə silahı Ukrayna ərazisinə qanunsuz olaraq keçirib.

Qeyd edək ki, son vaxtlar xarici ölkələrdə azərbaycanlı tələbələrə yönəlik kriminal xarakterli hərəkətlərə tez-tez rast gəlinir. Bəzən bunları təsadüf kimi də qəbul edirik. Ancaq Odessada baş verən hadisə təsadüfdən çox bizi başqa versiyaların üzərində düşünməyə vadar edir. Birdən-birə 4 tələbənin güllələnməsinin arxasında başqa hansı motivlər dura bilər?

Beynəlxalq Diaspor Mərkəzinin aparat rəhbəri Samir Adıgözəlli açıqlamasında bildirdi ki, Odessada baş verən hadisə onları bərk narahat edib: “Qeyd edim ki, BDM-in mətbuat xidməti KİV-i yaxından izləyir. Eyni zamanda, belə hadisələrlə bağlı bizim regional nümayəndəliklərimizdən mərkəzi aparata məlumat verilir. Biz beynəlxalq mətbuatda azərbaycanlıların təqib edilməsilə bağlı çıxan xəbərləri dərhal nəzarətə götürürük. Çox sağ olun ki, sizin qəzet də soydaşlarımızın probleminə ən böyük diqqəti ayırır. Hansısa ölkədə soydaşlarımızla bağlı yaşanan xoşagəlməzliklərin bizim mediada işıqlandırılması işin gedişinə müsbət təsir edir. Praktikadan bunu çox görmüşük. Odessada baş verən hadisə ilə bağlı oradakı diaspor nümayəndələrimizlə əlaqə saxlamışıq və onlara məsələni nəzarətdə saxlamaqla bağlı tapşırıq vermişik. Bilirsiniz ki, hazırda Ukraynada böyük geosiyasi maraqlar uğrunda savaş gedir. Ola bilər ki, bəzi dairələrə azərbaycanlıların Ukrayna ərazisindəki fəaliyyəti sərf etmir. Bu cür vasitələrlə soydaşlarımızı aktivlikdən çəkindirmək istəyirlər. Maraqlıdır ki, tələbələr arasında olan davada odlu silahdan istifadə olunub. Adətən belə güllələnmə hallarına kriminal “razborka”larda təsadüf olunur. Hazırda istintaq gedir. Qabaqcadan heç nə deyə bilmərik. Ancaq Odessa şəhərinin rəhbərliyinə və hüquq-mühafizə orqanlarına işin obyektiv araşdırılması ilə bağlı məktub da ünvanlamışıq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın