Bazar , Sentyabr 22 2019
Ana səhifə / Cəmiyyət / Baş redaktor : “Üçüncü övladımı da itirmək istəmirəm” -VİDEO

Baş redaktor : “Üçüncü övladımı da itirmək istəmirəm” -VİDEO

Özünü Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçisi kimi təqdim edən Zaur adlı şəxs BTV-nin rəhbəri Vasif Turanın şəxsi telefonuna zəng edərək hədələyib

Ötən süjetlərimizin birində Neftçala rayonunda fəhlələrin pulunu mənimsəyən beton zavod rəhbəri haqda məlumat vermişdik. Yayılan xəbərdən sonra bolgexeber.tv-nin rəhbəri Vasif Turan təhdidlər almağa başlayıb. Belə təhdidlərdən biri 17 sentyabr tarixində baş verib. Özünü Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçisi kimi təqdim edən Zaur adlı şəxs BTV-nin rəhbəri Vasif Turanın şəxsi telefonuna zəng edərək hədələyib. Ard- arda gələn zənglərdən sonra BTV-nin ofisinə tanımadığımız şəxslər gələrək əməkdaşları və rəhbərini hədələyərək ofisdən ayrılıblar. Bura gələrək özünü Cəfər kimi təqdim edən şəxs digər 2 nəfər şəxslə BMV markalı avtomobilə əyləşərək ofisdən ayrılıblar. Bütün bu olaylarla bağlı BTV rəhbəri açıqlama verib. Onun sözlərinə görə bütün bunlarla bağlı artıq aidiyyatı orqanlara müraciət olunub. Və Artıq bu məsələ ilə bağlı DİN açıqlama verib ki, bizim nazirliyin belə bir əməkdaşı yoxdur. Vasif bəy həmçinin çıxışında bildirib ki, belə halların baş verməsi ilk dəfə deyil. Bundan əvvəl də kanal və rəhbərlik ağır təhdidlərə məruz qalıb. Ümid edirik ki, yaxın vaxt ərzində edilən müraciətlər öz əksini tapacaq və media orqaları yersiz basqılardan xilas olacaq.

Həmçinin oxuyun

Həlak olan hərbi qulluqçumuz dəfn edildi – FOTOLAR

Azərbaycan Ordusunun həlak olan hərbi qulluqçusu Elyarbəy Məmmədovla vida mərasimi keçirilib. Samux rayonunun Sarıqaya kəndində …

Bir cavab yazın