Şənbə , May 25 2019
Ana səhifə / Cəmiyyət / “Baku Clinik”in SAMİRƏSİ niyə aqressivləşib? – o, işdən çıxarılan rəfiqəsinin xiffətini çəkir

“Baku Clinik”in SAMİRƏSİ niyə aqressivləşib? – o, işdən çıxarılan rəfiqəsinin xiffətini çəkir

Azərbaycanın tanınmış  özəl tibb  müəsissələrindən olan “Baku Clinik”lə bağlı maraqlı məlumat əldə etmişdik. Söhbət klinikanın baş həkiminin bəzi narazılıq səbəbindən tutduğu vəzifədən kənarlaşdırılmasından gedirdi. Bu xəbər həmin klinika və başqaları üçün adi sayıla bilərdi, ancaq biz media nümayəndələri üçün isə, normal və  marqlıdır. Bu səbəbdən də, jurnalistikanın prinsiplərini rəhbər tutaraq, klinika ilə əlaqə saxladıq. Bizə bildirdilər ki, bu yöndə olan sualları yalnız klinikanın ictimaiyyətlə əlaqələr şöbəsi cavablandıra bilər. Əlaqə nömrələrimiz qoyduq və düz 4 saat gözlədik. Heç bir zəng gəlmədiyi üçün xəbəri yaydıq. Məlumatın doğruluğuna tam əminiydik və şükürlər olsun ki, xəbərimiz öz təsdiqini də tapdı.

Əvvəlcədən qeyd edək ki, sözügedən klinika barədə hər zaman müsbət fikirdə olmuşuq. Təsadüfi deyil ki, redaksiyamızda işləyən bir neçə jurnalistin də müayinəsi tam ödənişli əsaslarla həmin yerdə aparılıb. Bundan əlavə, Leyla Əskərova adlı bir vətəndaşa “Sağlam Ailə” Klinikasında qoyulan saxta “SPİD” diaqnozu ilə bağlı apardığımız araşdırmada “Baku Clinik”in adı tam müsbət istiqamətdə çəkilib. Bunları xatırlatmaqla bildirmək istəyirik ki, sözügedən klinikaya qarşı heç bir qərəzimiz yoxdur və ola da bilməz.

Məqalənin yayılmasından bir gün sonra qəflət yuxusundan “ayılan” və bizimlə danışmaq qərarına gələn, özünü klinikanın mətbuat xidmətinin rəhbəri kimi  təqdim edən SAMİRƏ  adlı xanım çox aqressiv tonda bizi təhqir etməkdən belə çəkinmədi: “Niyə, bizi gözləməyib xəbəri yaydınız? Heç nə deməyə borclu deyiləm. Siz kimsiniz ki, bura zəng edirsiniz? Axı sənin nə borcuna qalıb ki, burda kimi çıxarıb, kimi qoyullar?”

Etik çərçivələrə riayət etdiyimiz üçün, SAMİRƏ-nin  bizə qarşı işlətdiyi başqa ifadələrini bura yazmağı özümüzə ayıb bildik.

Bu xanımın adını təsadüfən soyadsız və böyük hərflərlə yazmırıq. Onun soyadı Hüseynovadı. Ancaq bir neçə dəfə təkidlə tələb etsək də, o, özünü hündür tonla  SAMİRƏ kimi təqdim etdi və soyadını bizə demədi. Ona görə də, biz onu yuxarıdakı kimi familiyasız təqdim edirik. Soyadını isə özümüz öyrəndik…

Azinforum.az olaraq, bizə SAMİRƏ-nin niyə belə aqresiv olmasının dəqiq səbəbi də bəllidir. O, bizə yox, klinikanın rəhbərliyinə açıqlıdı. Çünki ən yaxın rəfiqəsi olan Munisə xanımı işdən azad ediblər. SAMİRƏ-nin bu qərarla bağlı xəstəxananın otaqlarında kiminlə nə barədə pıçıldaşdığı da bizə məlumdur. Bəli, rəhbərliyin son qərarından ən çox narazı qalan məhz odur. Görün, keçmişin dəmi onu nə qədər bihuşt edib ki, SAMİRƏ rəhbərliyin çıxardığı qərarı nəinki müzakirə , hətta ona etiraz etməkdən belə çəkinmir.

Bəli, bizə dəqiq məlumdur ki,  keçmiş baş həkimin vaxtında SAMİRƏ həmin klinikanı qeyri-rəsmi idarə edib. “Qara kassa” funksiyası ilə yanaşı, o, həm də, baş həkimin köməkçisi sayılıb. Bilir ki, bundan sonra həmin dövran olmayacaq.

Ancaq bütün bu yaşananlar SAMİRƏ-yə hansısa doğru xəbəri yayan jurnalisti təhqir etmək üçün əsas vermir. Bir də, ola bilər ki, SAMİRƏ bizi tez-tez ciblərinə pul qoyaraq yola saldığı bəzi “jurnalist”lərlə səhv salıb. Onun mətbuat xidmətinin rəhbəri kimi təqdimatı məhz bu amil üçün keçərlidi. Normal media ilə, normal danışmaq kimi qabiliyyətdən uzaq olan SAMİRƏ xanıma bir arzumuz var: “Tezliklə, Munisə xanımın təyin olunacağı yeni vəzifəsində onun sağ əli olasınız!”.

Qeyd edək ki, iş gününün sonunda özünü klinkanın direktoru kimi təqdim edən Sona adlı bir xanım bizimlə əlaqə saxladı. O, baş həkimin həqiqətən də tutduğu vəzifədən azad olunduğunu təsdiqlədi: “Munisə xanım öz ərizəsilə işdən azad olunub. Hazırda məzuniyyətdədi və 100 faizdi ki, işə qayıtmayacaq. Ancaq bu kadr siyasətinin estetik cərrah olan Şahin Əskərovla heç bir əlaqəsi yoxdur”.

Mövzuya qayıdacayıq…

Rövşən ƏLİ,

Azinforum.az

 

 

Həmçinin oxuyun

“Prostoy vətəndaş” Orduxana bu dəfəki sərt cavabı Şəhidlər Xiyabanından verdi-VİDEO

“Prostoy vətəndaş” ləqəbi ilə tanınan ictimai fəal, diaspor nümayəndəsi, xeyriyyəçi Akif Məmmədov öz “Feysbuk” səhifəsində …

Bir cavab yazın