Bazar ertəsi , May 27 2019
Ana səhifə / Cəmiyyət / Azinforum.az-a edilən DDOS hücum kimə lazım ola bilər?

Azinforum.az-a edilən DDOS hücum kimə lazım ola bilər?

Azinforum.az-ın dəyərli izləyicilərinə ötən gün ərzində saytımızda yaranan texniki problemlə bağlı ətraflı məlumat verəcəyimizi vəd etmişdik. Əslində, saytımızda yaranan vəziyyəti  texniki problemlə əlaqaləndirmək də düz olmazdı. Hər bir detalı öz adı ilə çağırsaq yaxşıdır. Son bir sutka ərzində Azinforum.az saytı DDOS adlanan hücuma məruz qalıb. Bu hücumun mahiyyətinin nədən ibarət olduğu barədə geniş bəhs edib Sizləri yormaq istəməzdik. Bir onu deyə bilərik ki, sözügedən veb hücum sıradan sayılmır. İKT mütəxəsislərinin verdiyi məlumata görə, belə hücumun təşkili üçün mütləq mənada yaxşı pul xərclənməlidir.

Bizi iflic etmək, fəaliyyətimizi dayandırmaq üçün pul xərcləyirlərsə, deməli, bunun arxasında ciddi maliyyə resurslarına malik olan qrup var. Bu hadisə yaşanan gün ərzində ən çox eşitdiyimiz sual bu oldu: “Kimdən şübhələnirsiniz?”

Təbiidir ki, bizim də özümüzə görə ehtimallarımız və dəmir məntiqə söykənən qənaətlərimiz var. Hələki bu istiqamətdə ciddi araşdırma apardığımız səbəbindən konkret ünvan açıqlaya bilmirik.

Məsələnin başqa bir tərəfi isə, bizə yönələn bu cür təzyiqin effekt verib-verməyəcəyi ilə bağlıdır. Təbiidir ki, yox! Çünki biz jurnalistikaya təzə qədəm qoyan şəxslərdən deyilik ki, sadə bir “xoxla” bizi ram etmək mümkün olsun. Bunu bildikləri üçün də, belə iyrənc mübarizə üsulu seçirlər. Amma çox yanılırlar. Onlardan bir ricamız var, əbəs yerə pullarını xərcləməsinlər. Onsuz da heç nə alınan deyil. Yaxşı olar ki, öz fəaliyyətlərinə ciddi fikir versinlər, dövlətin onlara göstərdiyi etimadı yerə vurub öz şəxsi mənafelərini önə çəkməsinlər. Belə olacağı təqdirdə mətbuatın tənqid hədəfinə də tuş gəlməzlər.

Daha vacib bir məqam isə ölkənin informasiya təlükəsizliyinə edilən qanunsuz müdaxilə ilə bağlıdır. Hesab edirik ki, bu, olduqca ciddi və üzərində düşünüləsi məsələdir. Biz belə hücumla üzləşən ilk sayt deyilik. Bu eksperentin ” tətbiq” olunduğu saytlar da rastlaşdıqları qanunsuzluqla bağlı  səs küy salıblar, ancaq hələ ki, heç kim bu istiqamətdə cəzalandırılmayıb. Hesab edirik ki, ölkənin informasiya təhlükəsizliyi ətrafında formalaşan imicə çox ciddi mənfi təsir göstərən bu cür özfəaliyyətlərlə bağlı əlaqədar dövlət qurumları lazımi ölçü götürməlidir.

Azinforum.az bizə edilən DDOS hücumun tez və operativ şəkildə aradan qaldırılmasında əməyi olan hər kəsə dərin təşəkkür bildirir.Hücumun hansı İP-lərdən təşkil edildiyi ilə bağlı məlumatları əldə edəndən sonra əlaqədar qurumlara şikayət ünvanlamağı düşünürük.

Azinforum.az

 

Həmçinin oxuyun

Dövlət Sərhəd Xidmətinə tabe olan muzeyin iki adı var… – FOTOFAKT

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub.Moderator.az-ın …

Bir cavab yazın