Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı sülhməramlıların amerikalı komandanı Türkiyədəki çevrilişdə ittiham olundu – “Yeni Şafak”dan şok iddia

Azərbaycanlı sülhməramlıların amerikalı komandanı Türkiyədəki çevrilişdə ittiham olundu – “Yeni Şafak”dan şok iddia

İyulun 15-də Türkiyədəki hərbi çevrilişə cəhd ilə bağlı hər gün yeni-yeni iddialar irəli sürülür. Daha bir sensasion xəbəri isə bu dəfə AKP-yə yaxın  “Yeni Şafak” qəzeti yayıb. Qəzet Türkiyədəki çevrilişdə açıq şəkildə ABŞ Silahlı Qüvvələrinin əlinin olduğunu yazıb:

“…Qiyamı hazırlayan və idarə edənlər arasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) komandiri general Con F. Kempell də olub. O, qiyama dəstək məqsədilə Nigeriyadakı Afrika Birləşmiş Bankından (UBA) çevrilişə cəhd üçün külli miqdarda pul ayırıb. Bu pullar Türkiyə banklarında 80 fərqli hesaba yüklənib.

 Qiyamdan öncə, general Kempell gizlicə Türkiyəni 2 dəfə ziyarət edib. O, səfər çərçivəsində həm Ərzurumda, həm də Adanadakı İncirlik hərbi hava bazasında görüşlər keçirib. Hərbi mənbə bildirib ki, orduda xidmət edən zabit heyətinin hazırlıq prosesini də həmin general idarə edib. 2014-cü ildən bu günə Əfqanıstandakı Beynəlxalq Dəstək Qrupuna rəhbərlik edən və may ayında təqaüdə çıxan Kempell  çevrilişin uğurlu keçəcəyi təqdirdə, ən qısa zamanda Türkiyəyə gəlməyi planlaşdırıbmış”.

Bəs bu Kembpell – ABŞ generalı kimdir?

kempell

Strateq.az bildirir ki, yenicə istefaya çıxmış general Kempell 2014-2016-cı illər ərzində Əfqanıstanda  NATO-nun Əfqanıstandakı Təhlükəsizliyi təmin edəcək Beynəlxalq Qüvvələrin (İSAF) komandanı olub.

NATO-nun beynəlxalq hərbi kontingenti olan İSAF BMT Təhlükəsizlik Şurasının 20 dekabr 2001-ci il tarixli  qətnaməsi əsasında Əfqanıstanda 2001-ci ildən fəaliyyət göstərir.

Uğurlu hərbi karyera quran Kempell 2009-cu ildə ABŞ 101-ci hava-desant diviziyasının baş komandanı təyin olunub. 2010-2011-ci illərdə  o, Əfqanıstandakı Şərq regional komandanlığının operativ qərargahına rəhbərlik edib.  23 iyul 2014-cü ildə Kempell ABŞ Senatı tərəfindən İSAF-ın komandiri təsdiq olunub.

Maraqlıdır ki, o, yenicə – 2016-cı ilin mayın 1-dən istefaya çıxıb.

Qeyd edək ki, general Kempellin adı azərbaycanlı hərbçilərə də yaxşı tanışdır. Belə ki, Əfqanıstanda olan Azərbaycan sülhməramlıları vaxtilə məhz Kempellin komandanlığı altında fəaliyyət göstəriblər.

Xatırladaq ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın