Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Cəmiyyət / Av­ro­pa ilə Azər­bay­ca­nın ye­ni sa­zi­şi­nin ən önəm­li mə­sə­lə­si – əra­zi bü­töv­lü­yü ye­ni­dən gün­dəm­də…

Av­ro­pa ilə Azər­bay­ca­nın ye­ni sa­zi­şi­nin ən önəm­li mə­sə­lə­si – əra­zi bü­töv­lü­yü ye­ni­dən gün­dəm­də…

Ye­ga­nə Ha­cı­ye­va: “Hə­min qrup­la­rın be­lə bir müd­dəa­nın yer al­ma­sı­na eti­ra­zı…”

Av­ro­pa Par­la­men­ti­nin Xa­ri­ci Əla­qə­lər Ko­mi­tə­si­nin səd­ri Da­vid Ma­kAl­lis­te­rin rəh­bər­lik et­di­yi nü­ma­yən­də he­yə­ti ma­yın 22-dən 25-dək Azər­bay­can, Gür­cüs­tan və Er­mə­nis­tan­da sə­fər­də ola­caq.

Sə­fər za­ma­nı öl­kə pre­zi­dent­lə­ri, par­la­ment sədr­lə­ri, ha­kim və mü­xa­li­fət par­ti­ya­la­rı­nın üzv­lə­ri, və­tən­daş cə­miy­yə­ti­nin nü­ma­yən­də­lə­ri ilə gö­rüş­lər ke­çi­ri­lə­cək.

“Av­ro­pa Par­la­men­ti­nin 8 üz­vü son əl­də edi­lən ye­ni Av­ro­pa Bir­li­yi (AB)-Er­mə­nis­tan sa­zi­şi­nin ha­zır­kı mər­hə­lə­də nə­ti­cə­lə­ri­ni, AB-Azər­bay­can ye­ni ra­zı­laş­ma­sı is­ti­qa­mə­tin­də əl­də olu­nan tə­rəq­qi və AB-Gür­cüs­tan mü­na­si­bət­lə­ri­nin möh­kəm­lən­di­ril­mə­si ilə bağ­lı olan mə­sə­lə­lə­ri ümu­mi­ləş­di­rə­cək”,- de­yə Av­ro­pa Bir­li­yi­nin bə­ya­na­tın­da bil­di­ri­lib.

Bə­ya­nat­da da­ha son­ra qeyd edi­lib: “Ha­zır­da Av­ro­pa Bir­li­yi Er­mə­nis­tan və Azər­bay­can­la əla­qə­lə­rin for­ma­laş­dı­rıl­ma­sı­nı ye­ni ra­zı­laş­ma­lar va­si­tə­si­lə nə­zər­dən ke­çi­rir. Er­mə­nis­tan­la da­nı­şıq­lar son za­man­lar­da ye­kun­laş­dı­rı­lıb, Azər­bay­can­la isə bü­töv­lük­də da­nı­şıq­lar baş­la­yıb. De­pu­tat­la­rın sə­fə­ri qeyd olu­nan ra­zı­laş­ma­lar­la bağ­lı he­sa­bat və təs­diq­lə­mə­lə­rin in­ki­şaf pro­se­si­nə fay­da ve­rə­cək ki, Av­ro­pa Par­la­men­ti tə­rə­fin­dən ən ge­ci bu il təq­dim edi­lə­cək”.

Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev ma­yın 22-də Av­ro­pa Par­la­men­ti­nin Xa­ri­ci Əla­qə­lər Ko­mi­tə­si­nin ye­ni səd­ri De­vid Ma­kAl­lis­te­rin baş­çı­lıq et­di­yi nü­ma­yən­də he­yə­ti­ni qə­bul edib.

Mə­lum ol­du­ğu ki­mi, Azər­bay­can Av­ro­pa Bir­li­yi­lə mü­na­si­bət­lə­rin yax­şı­laş­dı­rıl­ma­sı­na bö­yük önəm ve­rir. Azər­bay­ca­nın irə­li sür­dü­yü şərt­lər­dən bi­ri də bu­dur ki,  im­za­la­na­caq sa­ziş­də iş­ğal edil­miş tor­paq­lar­la da bağ­lı müd­dəa öz ək­si­ni tap­sın. Be­lə bir müd­dəa­nın gə­lə­cək­də im­za­la­na­caq sa­ziş­də yer al­ma­sı nə də­rə­cə­də müm­kün­dür?

Av­ro­pa Par­la­men­ti ilə sıx tə­mas­lar­da olan po­li­to­loq Ye­ga­nə Ha­cı­ye­va qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, əv­vəl­cə Av­ro­pa İt­ti­fa­qı ilə Azər­bay­ca­nın mü­na­si­bət­lə­ri­ni nə­zər­dən ke­çir­mək la­zım­dır: “Azər­bay­can-Av­ro­pa Bir­li­yi mü­na­si­bət­lə­ri tə­rəf­lər üçün stra­te­ji əhə­miy­yət da­şı­yır və beş əsas is­ti­qa­mət – qa­nun­ve­ri­ci­lik, nəq­liy­yat, struk­tur də­yi­şik­li­yi, ener­ji və mü­ba­di­lə və s. proq­ram­lar üz­rə in­ki­şaf edir.  2009-cu il­dən vi­za və re­ad­mis­si­ya haq­qın­da sa­ziş­lər im­za­la­nıb, ha­zır­da isə bə­ra­bər tə­rəf­daş­lıq və qar­şı­lıq­lı fay­da­lı­lıq prin­sip­lə­ri­nə əsas­la­nan stra­te­ji tə­rəf­daş­lıq sa­zi­şi­nin im­za­lan­ma­sı nə­zər­də tu­tu­lur.

Aİ Azər­bay­ca­nın müs­tə­qil­li­yi­ni və əra­zi bü­töv­lü­yü­nü dəs­tək­lə­yir və Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin sülh yo­lu ilə və Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü tə­min edil­mək­lə həll olun­ma­sı­na tə­rəf­dar­dır. Mü­na­qi­şə­nin həl­li is­ti­qa­mə­tin­də Minsk Qru­pu­nun səy­lə­ri­ni dəs­tək­lə­yir.

Həm­çi­nin, Av­ro­pa Bir­li­yi mü­na­qi­şə­nin sülh yo­lu ilə həl­li is­ti­qa­mə­tin­də möv­cud sta­tus-kvo­nun sax­lan­ma­sı­nın doğ­ru ol­ma­dı­ğı­nı qə­bul edir.

Av­ro­pa Par­la­men­ti isə Av­ro­pa Bir­li­yi­nin si­ya­sə­ti­nin hə­ya­ta ke­çi­ril­mə­si üçün fəa­liy­yət gös­tə­rən bir si­ya­si qu­rum ki­mi  Azər­bay­can­la əmək­daş­lı­ğa can atır və bun­da ma­raq­lı­dır. AP ilə Azər­bay­can ara­sın­da im­za­la­na­caq is­tə­ni­lən sa­ziş­də    iş­ğal olun­muş tor­paq­la­rı­mı­za aid müd­dəa­nın ol­ma­sı müt­ləq­dir. Əl­bət­tə, eti­raf et­mək la­zım­dır ki, müx­tə­lif öl­kə­lə­rin si­ya­si qrup­la­rın­dan for­ma­la­şan bir təş­ki­lat­da, müx­tə­lif lob­bi qrup­la­rı­nın tə­si­ri al­tın­da fərd­lə­rin öl­kə­mi­zə qar­şı fəa­liy­yə­ti möv­cud­dur və biz za­man-za­man bu­nun şa­hi­di olu­ruq. Hə­min qrup­la­rın be­lə bir müd­dəa­nın yer al­ma­sı­na eti­ra­zı müt­ləq mə­na­da ola­caq. An­caq mən­fi səy­lə­rin qar­şı­sı­nın alın­ma­sı is­ti­qa­mə­tin­də də səy­lə­ri­mi­zi ar­tır­ma­lı­yıq”.

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Yol kənarlarında ət kəsənlərə xəbərdarlıq

Səbail rayonunda qeyri-qanuni heyvan kəsimi məntəqələrində reydlər keçirilib. “Qafqazinfo” xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi …

Bir cavab yazın