Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Cəmiyyət / ADI QALMAQALDA HALLANAN MƏKTƏB DİREKTORU ZAKİR FƏRƏCOVUN HƏDƏFİNDƏDİR

ADI QALMAQALDA HALLANAN MƏKTƏB DİREKTORU ZAKİR FƏRƏCOVUN HƏDƏFİNDƏDİR

Ötən həftə tanımış jurnalist Samir Güləliyevin sosial şəbəkədə paylaşdığı status böyük sensasiyaya səbəb oldu. Jurnalist Sumqayıt şəhərindəki məktəblərin birində yaşananlarla bağlı konkret ittihamlar irəli sürmüşdü. Qeyd edək ki, Samir Güləlıyevin səsləndirdiyi ittihamlar sərt olmağı ilə yanaşı, həm də  hər iki tərəf üçün hüquqi məsuliyyət yarada bilər. Həmkarımız Sumqayıt şəhərindəki 34 saylı məktəbin direktoru Bəyaz Novruzova bir sıra qanunsuz əməllərdə ittiham etməklə yanaşı, eyni zamanda qeyd edirdi ki,  direktorun  göstərişi ilə məktəbdə pul yığa bilməyən müəllimlərin əlindən mobil telefonları alınaraq girov saxlanılır. Azinforum.az olaraq biz , tərəflərin hüquqi məsuliyyəti ilə bağlı məsələyə təsadüfən toxunmadıq. Çünki qarşılıqlı ittihamlarda cinayət işinin başlanılması üçün kifayət qədər əsaslar mövcuddur.

 

zakir

 

Azinforum.az İnformasiya Portalı kimi, biz bu məsələnin araşdırılmasında tam obyektivliyi qorumaq şərti ilə tərəflərin mövqeyinə yer verməklə balanslı informasiya təqdim etdik. Məktəb direktoru Bəyaz Novrozuva saytımıza açıqlamasında bildirdi ki, Samir Gülalıyev həyat yoldaşı onun rəhbərlik etdiyi məktəbdə işləyir və onların arasında işlə bağlı kiçik problem yaşanıb.  Direktor həmçinin dedi ki, jurnalistin məktəbdə işləyən həyat yoldaşının işdə buraxdığı nöqsanlarla bağlı əlində sənədlər var. Bəyaz xanım həmin ərizə və aktların sürətlərini, əmrdən bəzi çıxarılışları redaksiyamıza göndərdi.  Samir Güləliyev isə, bunun direktor tərəfindən təşkil edilmiş bir kampanıya olduğu qənaətindədir. Jurnalist hesab edir ki, əgər onun yoldaşı hansısa cinayət tərkibli iş görübsə, niyə Bəyaz Novruzova bu barədə hüquq-mühafizə orqanlarına xəbər verməyib? Samir Güləliyev mediaya açıqlamasında bildirib ki, bununla bağlı prokurorluğa müraciət etmək fikrindədir.

Azinforum.az qarşılıqlı sərt ittihamlarla müşahidə edilən  bu qarşıdurmadakı vəziyyətin hazırda nə yerdə olması ilə maraqlanıb. Məlum olub ki, jurnalistin məlum açıqlaması Bəyaz Novruzova əməlli başlı problemə salıb. Bu barədə bizə məlumat verən mənbə bildirdi ki, bir həftədir məktəbdə yoxlama aparılır: “Hələlik məktəbi Sumqayıt şəhər Təhsi İdarəsi yoxlayır. Məsələ icra başçısı Zakir Fərəcovun nəzarətindədir. Deyilənə görə, başçı 34 saylı məktəblə bağlı məsələdə Sumqayıtın adının biabırcı halda hallanmasından bərk qəzəblənib. Çox güman ki, Təhsil Nazirliyinin də komissiyası məktəbi yoxlayacaq”.

Görünən budur ki, Bəyaz Novruzova perspektivdə yaxşı heç nə gözləmir. Bizə çatan məlumata görə, Zakir Fərəcovun həmin məktəbə özünə yaxın kadrlardan birini direktor təyin etdirəcəyi gözlənilir.

M.MİRZƏ

AZİNFORUM.AZ

 

Həmçinin oxuyun

“Orda oturublar ki, ciblərini doldursunlar” – Kamran Həsənli

“Bütün bunlara səbəb isə kanal rəhbərlərinin özlərinin peşəkar olmamasıdır. Onların heç biri peşəkar deyil və …

Bir cavab yazın