Şənbə , May 25 2019
Ana səhifə / Cəmiyyət / Əmlak Məsələləri Dövlət Komitəsindən jurnalistlərə DƏVƏT

Əmlak Məsələləri Dövlət Komitəsindən jurnalistlərə DƏVƏT

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 15 iyul 2015-ci il tarixində, saat 10:30-da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində “Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət” mövzusunda İctimai Təqdimat keçiriləcək.

Bu barədə Azinforum.az-a məlumatı Əmlak Məsələləri Dövlət Komitəsinin
İctimaiyyətlə əlaqələr və protokol şöbəsindən veriblər. Bildirilir ki, yeni onlayn xidmət vətəndaşların, fiziki və hüquqi şəxslərin notariusda rəsmiləşdirdikləri daşınmaz əmlaka dair təkrar bazarda alqı-satqı sənədlərinin onlayn rejimdə ərazi qeydiyyat idarələrinə göndərilməsini nəzərdə tutur.
Xidmətin tətbiqində məqsəd daşınmaz əmlakın qeydiyyatını daha da sadələşdirmək, qeydiyyat üçün lazım olan prosedurları minimuma endirmək, vaxt itkisini və əlavə müraciəti aradan qaldırmaqdır.
Tədbirdə iştirak etmək istəyən KİV nümayəndələrinin 15 iyul 2015-ci il tarixində saat 10:30-da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında olmaları xahiş olunur.

(Ünvan: Hüseyn Cavid prospekti, 31, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binası, 4-cü mərtəbə).
Əlaqə telefonu: (012) 490 24 08 (dax. 157), (050) 235 30 33

Həmçinin oxuyun

“Prostoy vətəndaş” Orduxana bu dəfəki sərt cavabı Şəhidlər Xiyabanından verdi-VİDEO

“Prostoy vətəndaş” ləqəbi ilə tanınan ictimai fəal, diaspor nümayəndəsi, xeyriyyəçi Akif Məmmədov öz “Feysbuk” səhifəsində …

Bir cavab yazın