Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Cəmiyyət / Əhməd Şahidov və Hikmət Hacıyev Tiflisdəki konfransda Azərbaycandakı media azadlığı ilə bağlı vəziyyətdən danışdılar – VİDEO 

Əhməd Şahidov və Hikmət Hacıyev Tiflisdəki konfransda Azərbaycandakı media azadlığı ilə bağlı vəziyyətdən danışdılar – VİDEO 

Ermənilər ATƏT-in “Saxta xəbərlər, dezinformasiya və KİV azadlığı” mövzusunda Tiflisdə keçirilən illik konfransında təxribat törətməyə cəhd göstəriblər.

“Report” xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev tədbirdə çıxış edən zaman əksəriyyəti dövlət rəsmilərindən ibarət olan Ermənistan nümayəndə heyətinin üzvləri buna mane olmağa çalışıblar.

H.Hacıyev “Report”a açıqlamasında bildirib ki, konfrasnda Azərbaycanın bu sahədə olan təcrübəsini bölüşüb.

“Tədbirdə, mən xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində ermənilərin apardıqları dezinformasiya və təbliğat kampaniyaları haqqında danışdım. Eyni zamanda bu konteksdə erməni lobbisinin roluna və beynəlxalq tədbirlər zamanı Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyaları və bunun geniş xarakter almasına toxundum. Həmçinin dezinformasiya və saxta təbliğat kampaniyalarının qarşısının alınması üçün milli səviyyədə Azərbaycan hökumətinin gördüyü işlərdən və tədbirlərdən bəhs etdim”, – deyə Azərbaycan XİN sözçüsü bildirib.

Erməni mətbuatında guya H.Hacıyevin tədbirdə çıxışının uğursuz və sona qədər çatdıra bilmədiyi, ermənilərin ona etiraz etdiyi barədə yayılan xəbərləri şərh edən H.Hacıyev deyib ki, bu, ermənilərin saxta xəbərlər və dezinformasiya ilə məşğul olmalarının növbəti nümunəsidir:

“Təəssüflər olsun ki, erməni tərəfi bu dəfə də etik davranış qaydalarından nə qədər uzaq olduqlarını göstərdilər. Ermənistanın dövlət məmurları, Ermənistan Prezidenti Administrasiyasının, XİN-in və mediasının nümayəndələri öz səviyyələrini göstərdilər. Onlar çox aqressiv, kobud şəkildə prosesə müdaxilə etmək istəyirdilər, amma biz prosesi, çıxışımızı axıra qədər davam etdirdik və auditoriyanın çoxsaylı suallara cavab verdik”.

Qeyd edək ki, Tbilisi şəhərində ATƏT-in Media Azadlığı üzrə Xüsusi Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən  “14-cü Cənubi Qafqaz Media Konfransı” nda  Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov da iştirak edib. Azərbaycanda media azadlığı barədə danışıb, dövrü mətbuatda, eləcə də sosial şəbəkələrdə geniş yayılan saxta xəbərlər və şantaj xarakterli informasiyaların yayılma səbəblərindən və onunla mübarizə yollarından söz açıb. Ermənistanın mütəmadi olaraq, saxta məlumatlarla çirkin təbliğat apardığını xüsusi vurğulayan hüquq müdafiəçisi regionda gərginliyin artmasında rəsmi İrəvanı ittiham edib. Hüquq müdafiəçisi Azinforum.az-a açıqlamasında bildirdi ki, hazırda erməni mediası XİN rəsmisi Hikmət Hacıyev barəsində əsası olmayan xəbərlər tirajlayır. Həmin tədbirdə onunla birgə iştirak edən şəxs olaraq deyə bilərəm ki, Hikmət Hacıyev çox dolğun, əhatəli çıxışı ilə Azərbaycandakı media azadlığı barədə tam təsəvvür yarada bildi. Təbiidir ki, belə mövqe ermənilərə sərf etmədiyi üçün, onlar çıxış yolunu dezinformasiya yaymaqda görürlər.

Azinforum.az

Həmçinin oxuyun

Məleykə Abbaszadə: İmtahan qiymətləri dəyişə bilər

Dövlət İmtahan Mərkəzi (DİM) göstərdiyi xidmətlərin qiymətləri ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edəcək. Bunu …

Bir cavab yazın