Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Cəbhə Xəbərləri / Allah sənə rəhmət eləsin, ay Tolstoy! – Nizami MƏMMƏDZADƏ

Allah sənə rəhmət eləsin, ay Tolstoy! – Nizami MƏMMƏDZADƏ

Dostum mənə yazır ki, arada siz tərəflərə gələcəm! Mən isə deyirəm, gəl, biz qonaqsevərik! Qonağa həmişə xoş gəldin deyirik! Amma, sənə bir neçə sözüm var! Gəl, amma yaxşı xəbərlərlə gəl! Gəl, vətənin işğal olunan torpaqlarından mənə bir ovuc torpaq gətir! Gəl, mənə yaşamaq üçün ümid gətir! Gəl, gözüm üstə yerin var! Gəl, o yerləri görmək üçün mənə göz gətir!…

Gəl, Kəlbəcərli aşıq Şəmşir torpağından, havasından, suyundan, sözündən gətir! Gəl, Şuşanın Cıdır düzündən mənə gül-çiçək çələngi gətir! Laçının yalçın qayalarının zivələrində uçan, düşmən görəndə onun üstünə şığıyan qartalın cəsarətini gətir! Gəl, görmədiyim İsa bulağından bir ovuc su gətir, dadına baxım! Ürəyimə, üzümə-gözümə sürtüm məlhəm əvəzi! Gəl, sinəmi açmışam, dağlar kimi, dərələr kimi! Gəl, mənə sevindirici xəbərlər gətir! Yaman darıxmışam, a dostum o müsbət xəbərlər üçün.

O yerlərdən ayrılalı düz 24 il keçib. Düz 24 ildir ki, yaralı durna kimi bayatı deyir, söz qoşuram! Düz 24 ildir ki, yuxularımda qəhrəman olub torpaqlarımızı azad etmək üçün Koroğlu kimi coşuram! Düz 24 ildir ki, sehrbaz oluram yuxularımda! Sehrbaz olub VƏTƏN torpaqlarını azad etmək üçün yatıram, oyanıram, sonra yenə yatıb oyanıram! Düz 24 ildir ki, gecəli-gündüzlü yatıram! Görəsən, elə bir araşdırmaçı alim varmı ki, bu gecəli-gündüzlü kədər dolu günlərdə qəlbimdən keçən fikir və düşüncələrimi oxuyub hesablaya! Çox təəssüf ki, yoxdur! Təssüf edirəm ki, bunu hesablamağa qadir bir elm adamı yoxdur! Lakin düşünürəm ki, 4 gün keçirdiyimiz yuxusuz gecələrin sevinci dünyalara dəyər.

Nəhayət ki, dünya bizim gücümüzü tanıdı. Nəhayət ki, dünyaya mesaj verdik ki, biz istədiyimizi edən xalqıq! Allah sənə öz dinin üstündə rəhmət eləsin, ay Tolstoy! Sən bir vaxt yazmmışdın ki, azərbaycanlılar yatmış aslana bənzəyir, onlara toxunmayın!
Azinforum.az

Həmçinin oxuyun

Cəbhədə nisbi sakitlikdir

Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub. Bu barədə Azərbaycan Müdafiə …

Bir cavab yazın