Ana səhifə / Bölgələr / Tovuzda qətlə yetirilən Nərminin anası hamilədir

Tovuzda qətlə yetirilən Nərminin anası hamilədir

Ötən il Tovuz rayonunun Dondar Quşçu kəndində amansızlıqla yandırılan 10 yaşlı Nərmin Quliyevanın anası Aynurə İsmayılova ilə bağlı məlumat yayılıb.
Belə ki, news24.az-ın əldə etdiyi məlumata görə, A.İsmayılovanın üçüncü övladı dünyaya gələcək.
O, faktı təsdiqləyib.
A.İsmayılova bildirib ki, yeni doğulacaq körpəsi 7 aylıqdır: “Biz düşünmüşdük ki, qız olsa adını Nərmin, oğlan olsa Nadir qoyacağıq. Həkimlər ultrasəs aparatı ilə baxıb, oğlan olduğunu dedilər”.Qeyd edək ki, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyiti yanvarın 6-da saat 19:30-da Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb.

Həmçinin oxuyun

Naxçıvanda sahibkarlar etiraza başlayıblar

Onlar “Cahan” Ticarət Mərkəzindəki mağazalarını bağlayıblar Mayın 2-də Naxçıvan şəhərində “Cahan” Ticarət Mərkəzinin 100-ə yaxın …