Cümə axşamı , May 2 2024
Ana səhifə / Bölgələr / Ruslar Qarabağda 10 mindən çox döyüş sursatı tapıb

Ruslar Qarabağda 10 mindən çox döyüş sursatı tapıb

Rusiya Fövqəladə Hallar Nazirliyinin minaaxtaranları Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi əməliyyatı zamanı 10 mindən çox döyüş sursatı aşkarlayıb.

Bu barədə TASS-a Rusiya FHN-dən məlumat verilib.Bildirilib ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin “Lider” dəstəsinin mütəxəssisləri Dağlıq Qarabağda pirotexnika axtarışları davam etdirirlər. Bu günə qədər təxminən 53 hektar ərazidə axtarış aparılıb, 10 mindən çox partlayıcı qurğu aşkar olunub.

Sursatlar arasında 4,7 mindən çox mərmi, 416 müxtəlif minaatan mərmisi, top mərmiləri üçün 378 partladıcı, “Qrad” çoxsaylı raket sistemlərinin raketlərinin 260 parçası, həmçinin 3,2 mindən çox patron, 540 qumbara və beş “Malyutka” və “Faqot” tipli tank əleyhinə idarəolunan raketlər müəyyən edilib.

Tapılan sursatlar zərərsizləşdirilməsi üçün Humanitar Minalardan Təmizləmə Mərkəzinə daşınıb. Hazırda əməliyyatlar davam etdirilir.

Həmçinin oxuyun

Azərbaycanda tanınmış aşığın gəlini evdən qaçdı – Video

Qazaxın Yuxarı Salahlı kəndində 20 yaşlı qadın itkin düşüb. Baku TV-nin məlumatına görə 16 gündür …